Mobil versiya
SAATLI: STATİSTİK GÖSTƏRİCİLƏR UĞURLARI TƏSDİQLƏYİR
Tarix: 3-03-2017, 15:46 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet | çapa göndər

SAATLI: STATİSTİK GÖSTƏRİCİLƏR UĞURLARI TƏSDİQLƏYİR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük siyasi uzaqgörənliyi, müdrik rəhbərliyi, xalqın və dövlətin maraqlarına xidmət edən, müasir dövrün tələblərinə uyğun, yeni keyfiyyət və məzmunda uğurla həyata keçirilən düşünülmüş siyasəti nəticəsində dünyada və yaşadığımız regionda təhlükələrin, qanlı münaqişələrin, risklər və təhdidlərin, dərin maliyyə-iqtisadi, sosial-siyasi böhranların davam etməsinə baxmayaraq, Azərbaycan 2016-cı ildə də inamlı inkişafını davam etdirmiş, xalqımız tam təhlükəsiz və əmin-amanlıq şəraitində yaşamışdır. Bir sözlə, həyat hər yerdə cənab İlham Əliyev tərəfindən aparılan siyasətin düzgünlüyünü, heç bir alternativi olmadığını bir daha sübut etmişdir.
2017-ci ilin yanvar ayının 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və yanvar ayının 30-da "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 3-cü ilinin yekunlarına həsr olunmuş konfransında dövlət başçısının respublika ictimaiyyəti tərəfindən böyük diqqətlə izlənilən geniş məzmunlu, proqram xarakterli nitqləri, söylənilən faktlar və rəqəmlər, gələcək vəzifələri müəyyənləşdirən dəyərli tövsiyələri belə bir həqiqəti bir daha göstərdi ki, cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar, verilmiş tapşırıq və tövsiyələr nəticəsində iqtisadi islahatlar daha da dərinləşmiş, qətiyyətli tədbirlər öz nəticəsini vermiş, qeyri-neft sektorunun inkişafı hesabına xalqımız dünyanı bürüyən böhranın fəsadlarından əziyyət çəkməmişdir. Cənab İlham Əliyev iclasda əminliklə bildirmişdir ki, 2016-cı ildə Azərbaycan öz yolu ilə getmiş, müstəqil siyasətini davam etdirmişdir.

ÖLKƏ BAŞÇISI TƏRƏFİNDƏN GÖSTƏRİLƏN DİQQƏT RAYON SAKİNLƏRİNİN BÖYÜK RUH YÜKSƏKLİYİNƏ VƏ ƏMƏK COŞQUNLUĞUNA STİMUL VERİB

Respublikamızın digər bölgələri, şəhərləri, qəsəbə və kəndləri kimi, Saatlı rayonunda da son illər iqtisadiyyatda, sosial-mədəni həyatda qazanılan bütün uğurlar dövlət başçısının göstərdiyi yüksək diqqət və qayğı sayəsində əldə olunmuşdur. Ölkə başçısı tərəfindən göstərilən bu diqqət rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul vermiş, insanları iqtisadiyyatda, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırmışdır
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasından ötən 3 il ərzində Saatlı rayonunda görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilir və uğurlar hər bir sahədə əldə olunur. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır. Rayonun 2016-cı ildəki sosial-iqtisadi göstəriciləri bunun əyani təzahürüdür. Belə ki, 2016-cı ildə rayonda ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 1,1 faiz artaraq 217328,1 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 90,0 faizə yaxın təşkil edir. Məhsul buraxılışının həcmində sənaye üzrə 28,8 faiz, rabitə üzrə 2,6 faiz, ticarət üzrə 13,3 faiz, nəqliyyat üzrə 3,4 faiz artım qeydə alınmışdır.2016-cı ildə 11 sənaye müəssisəsi və fiziki şəxslər tərəfindən 12838,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,8 faiz çox deməkdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 32712,8 min manat olmuşdur. İl ərzində təmir-tikinti və meliorasiya işləri geniş həcmdə aparılmışdır ki, bu da 2015-ci illə müqayisədə 92,6 faiz çox olmuşdur.Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında davamlı inkişaf təmin olunmaqla ümumi dəyəri faktiki qiymətlərlə 110470,1 min manat olan məhsul istehsal edilmişdir. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının həcmində qeyri-dövlət sektoru 99,9 faiz təşkil edir ki, bunun da 58,9 faizi bitkiçiliyin, 41,1 faizi isə heyvandarlıq məhsullarının payına düşür. 2016-cı ildə rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2015-ci illə müqayisədə 17,4 faiz artaraq 181952,0 min manat olmuşdur. Dövriyyənin həcmində 99,8 faizi özəl sektorun payına düşür. Eyni zamanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 27489,0 min manat olmuşdur. Rayonun nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən sərnişin daşınması üzrə 2,8 faiz, yük daşınması üzrə isə 6,4 faiz artıq xidmətlər göstərilmişdir.Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 266,1 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 3,6 faiz çoxdur. Göstərilən bu müsbət makroiqtisadi rəqəmlər rayonda demoqrafik inkişafa, əhalinin davamlı sakinliyinə və həyat tərzinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. 2017-ci il yanvar ayının 1-i vəziyyətinə əhalinin sayı 1,3 faiz artaraq 104756 nəfər olmuşdur. Keçən il ümumi sahəsi 5258,0 kv.m. olan yaşayış evləri tikilib istifadəyə verilmişdir ki, bunun da hamısı əhalinin öz vəsaitləri hesabına olmuşdur.

SAATLI: STATİSTİK GÖSTƏRİCİLƏR UĞURLARI TƏSDİQLƏYİR


RAYONUN İQTİSADİYYATINDA YENƏ DƏ BAŞLICA YERİ KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI TƏŞKİL EDİR

Cins heyvandarlıq, quşçuluq və kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bitkiçilikdə ənənəvi sahələr olan taxılçılıq və pambıqçılığın inkişafına xüsusi önəm verilməsi son vaxtlar təxirəsalınmaz vəzifə kimi qarşıda durur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə sentyabr ayının 17-də Sabirabadda pambıqçılığın inkişafına dair geniş respublika müşavirəsi keçirilmişdir. Ölkə başçısı müşavirədəki nitqlərində dövlət tərəfindən pambıqçılığın inkişafına hər cür köməklik göstəriləcəyini vurğulamış və aidiyyəti dövlət qurumlarına bununla bağlı müvafiq tapşırıqlar vermişdir. Rayonlar üzrə ötən il ən çox pambıq əkən və cari il də yenə də ən çox pambıq əkilməsini (17 min hektar), planlaşdıran Saatlı rayonu haqqında cənab İlham Əliyev tərəfindən deyilən xoş sözlər bütün rayon ictimaiyyəti tərəfindən xüsusi minnətdarlıqla qarşılanmış və eyni zamanda rayon pambıqçılıranın üzərinə ciddi məsuliyyət qoymuşdur. Ölkə başçısının tapşırıqları rəhbər tutularaq əhalinin məşğulluğunun təmin edilməsi, real gəlirlərinin artırılması və sosial rifahlarının yüksəldilməsi üçün mühüm aqrar sahə olan pambıqçılığa ciddi diqqət göstərilmiş, əhali elliklə yığım kampaniyasına cəlb edilmiş və bütün qüvvələr səfərbər edilmişdir. Bununla belə, məlum səbəblərə görə, yəni yığım dövrünün əsas ayları olan sentyabr-oktyabr aylarında aramsız yağışlar nəticəsində işçilər günlərlə, hətta həftələrlə sahələrə çıxa bilməmişdir ki, bu da həm məhsulun itkisinə, həm də nəzərdə tutulan məhsuldarlığa mənfi təsir etmiş və qarşıya qoyulan vəzifələrin əldə olunmasına ciddi maneçilik törətmişdir. Bütün bunların nəticəsidir ki, verilən statistik məlumatlara əsasən rayon üzrə 12 min tondan bir qədər artıq xam pambıq tədarük edilmişdir. Cari ildə bütün işlərə daha məsuliyyətlə yanaşmaq, pambıq əkininin genişləndirilməsi üçün bütün işləri vaxtında başa çatdırmaq və bu il üçün 17 min hektar sahədə pambıq əkilməsi məqsədilə məsuliyyət meyarı kimi indidən müəyyənləşdirilmişdir.
Məlum olduğu kimi, ölkə başçısı cari ildə 100-120 min hektardan artıq sahədə pambıq əkilməsini, məhsuldarlığın isə yuxarı olmasını bir vəzifə olaraq qarşımıza qoymuşdur. Burada əlbəttə, bütün ehtiyatlar səfərbər edilməlidir, potensial imkanlar maksimum nəzərə alınmalıdır.
Ölkə başçısının mühüm tapşırıqlarından biri də yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi, müasir texnologiyalardan istifadə etməklə torpaqların məhsuldarlığının artırılması, səmərəsiz istifadə olunan torpaqların, o cümlədən qış otlaqları və örüş yerlərinin daha səmərəli istifadəsi məqsədilə təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi məsələsidir. Saatlı rayonunda 43504 hektar qış otlaq sahəsinin 3335 hektarı əkin dövriyyəsinə cəlb edilmişdir. Qalan 40169 hektar qış otlağı sahələrinin 25 min hektarında irriqasiya və meliorasiya tədbirləri görülməklə heyvandarlığın inkişafına xələl gətirmədən taxıl, pambıq və digər əkinlər aparıla bilər. Qış otlaq sahələrindən 7500 hektarın təyinatının dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunmuşdur. Bu torpaqların 5000 hektarında «Aqropark» yaradılması, 2500 hektarında isə müxtəlif əkinlər aparılması nəzərdə tutulmuşdur. Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün sənədləşmə işləri yekunlaşmaq üzrədir.
Rayon üçün kənd təsərrüfatının ənənəvi sahələrindən pambıqçılıq, taxılçılıq və digər əkinlərlə yanaşı rayonda baramaçılıq, bağçılıq təsərrüfatının da inkişaf etdirilməsi ilə bağlı işlər görülür. Baramaçılıq məqsədilə ötən il 60 min ədəd tut tingi əsasən kompakt ərazilər seçilməklə əkilmişdir. Bundan əlavə, 2016-cı ildə rayonun 4 kəndinin ərazisində 5 fermer təsərrüfatı tərəfindən ümumilikdə, 132 hektara yaxın sahədə nar bağları, 40 hektar sahədə isə üzüm bağları salınmışdır.Kənd təsərrüfatının heyvandarlıq bölməsində ötən il 24 kəndli-fermer təsərrüfatı, 1 dövlət müəssisəsi fəaliyyət göstərmiş, rayon Baytarlıq idarəsi heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün müalicə və profilaktiki tədbirləri genişləndirmişdir. İri buynuzlu mal-qaranın süni yolla mayalanması üçün yerlərdə təlim keçmiş 10 texnik rayon Baytarlıq laboratoriyası ilə birgə fəaliyyət göstərməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və yüksək məhsuldarlıq əldə olunmasına səy göstərmişlər. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-ci ildə 7110.6 ton ət diri çəkidə, 38698 ton süd və 6780 min ədəd yumurta istehsal edilmişdir. Rayon üzrə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qara 67407 baş, o cümlədən ana inək və camışların sayı 32093 baş, qoyun və keçilərin sayı 112131 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə iri buynuzlu mal-qara 126 baş azalmış, qoyun və keçilərin baş sayı 992 baş artmışdır.2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 16541 hektar sahədə buğda, 4582 hektar sahədə isə arpa əkilmişdir. 16541 hektar buğda əkin sahəsindən 71809 ton buğda məhsulu yığılmışdır ki, bu da hər hektardan 43.4 sentner, 4582 hektar arpa sahəsinin hər hektarından 35.2 sentner olmaqla 16145.2 ton arpa məhsulu istehsal edilmişdir. Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi sahəsində 2016-ci ildə 311.32 km məsafədə kollektor-drenaj şəbəkəsi, ümumi uzunluğu 658 km olan suvarma kanallarında lildən təmizləmə işləri aparılmış, 172 ədəd hidrotexniki qurğu, 10 ədəd istehsalat binası, 30 ədəd hidropost və 10 nasos stansiyası cari təmir edilmişdir.2016-ci ildə kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar Saatlı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibatı binasının tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir. İI ərzində “Aqrolizinq” ASC-nin Saatlı rayon bölməsi tərəfindən 16 ədəd müxtəlif markalı kombayn, 5 ədəd traktor, 1 ədəd taxılsəpən və 1 ədəd qarğıdalı biçən xeyder alınmışdır.Kənd təsərrüfatı sahəsində çalışan istehsalçılara dövlətin göstərdiyi maliyyə, texniki və digər zəruri yardımlar mütəmadi olaraq tətbiq edilmişdir. Əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə ümumi əkinlər üçün 9812 nəfər istehsalçıya 40532,88 hektara 2 milyon 664 min 700 manat hesablanıb ödənilmişdir. Həmçinin 381 nəfər təkrar əkin aparan istehsalçının 722,59 hektar əkininə görə 36129,50 manat subsidiya ödənilmişdir. Həmçinin pambıq əkininə görə də məhsulu son nəticəsinə əsasən subsidiya hesablanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Bundan əlavə, 1003 nəfərə 10948,61 hektar əkin sahəsi üçün 2115 tona yaxın azot güzəştli qaydada, məbləğin 70 faizi dövlət tərəfindən ödənilməklə satılmışdır. Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni iş yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli ehtiyatlar nəzərə alınmaqla iş adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektoruna hərtərəfli şərait yaradılmışdır.

SAHİBKARLARIN İNKİŞAFI HƏRTƏRƏFLİ DƏSTƏKLƏNİR

Ötən ilin ilk günlərindən etibarən ölkəmizdə sahibkarlığı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, hər bir bölgəyə daxili və xarici sərmayələri cəlb etmək üçün qarşıya böyük vəzifələr qoyulmuşdur. Sahibkarlığın dəstəklənməsi, iri fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, güzəştli kreditlərin verilməsində maarifləndirmə işlərinin aparılması, investisiya layihələrinin maliyyələşdirilməsi və digər vacib məsələlərlə bağlı Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin iştirakı ilə rayon Gənclər Mərkəzində 70 nəfər sahibkar və fermer dəvət olunmaqla 3 iyun 2016-cı il tarixdə işgüzar forum keçirilmişdir.2017-ci il 01 yanvar tarixə rayonda 653 hüquqi, 7113 fiziki şəxs qeydiyyatda olmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Saatlı rayonunda kənd təsərrüfatı məhsullarının emalına dair və yeyinti sahəsi üzrə 444 yeni iş yerinin yaradılması üçün 88 layihə üzrə rayon sahibkarlarına 1681,6 min manat güzəştli kreditlər verilmiş və yeni investisiya layihələri təqdim edilmişdir. Sahibkarlıq sahəsində müraciətlərin araşdırılması üzrə tərkibi 7 nəfər olan Apellyasiya Şurası yaradılmış və bu barədə ictimaiyyət məlumatlandırılmışdır.

ABADLIQ-QURUCULUQ İŞLƏRİ VÜSƏT ALMAQDADIR

Son illər rayonda aparılan abadlıq və quruculuq işləri, sosial infrastruktur sahəsində həyata keçirilən tikintilər dövlət başçısının sərəncam və göstərişləri ilə ayrılmış vəsaitlər hesabına yerinə yetirilmiş, eyni zamanda daxili imkanlardan, yerli resurslardan maksimum istifadə edilməsinə diqqət artırılmışdır. 2016-ci ildə Heydər Əliyev prospektində 16180 m2 sahədə asfaltlaşdırma işləri, 5386 m2 sahədə yaşayış binalarının fasad hissələrinin rənglənməsi işləri, 420 m2 sahədə dam örtüklərinin düzəldilməsi, 61.6 m2 hasar tikintisi işləri, 4049 m2 sahədə təmir, 164 m2 sahədə su axıdıcı novların vurulması və 42 m2 sahədə tamet tavaların düzülməsi işləri icra olunmuşdur. Şəhərdaxili küçə və dalanlarda ümumilikdə 39013 m2 sahəyə qum-çınqıl qatı verilmişdir. Rayonun müxtəlif ərazilərində 62000-dən artıq dekorativ, həmişəyaşıl və yerli ağaclar əkilmişdir. Bununla belə, bir məlumatı nəzərinizə çatdırım ki, ölkə başçısı bundan sonra dekorativ ağaclar yox, barverən ağacların əkilməsini daha məqsədəuyğun hesab etmişdir. Buna görə də bu ilki ağacəkmə kampaniyası dövründə biz çalışacağıq ki, yerli iqlimə uyğun, əsasən barverən ağacların əkilməsini təmin edək.2016-ci ildə 732000 m2 yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması işləri icra olunmuş, Smadakənd-Qarayevkənd yerli əhəmiyyətli (uzunluğu 21 km) avtomobil yolunda əsaslı yenidənqurma işləri görülmüşdür. Saatlı-Sarıcalar-Qara-Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun alt qatının 39 km, üst qatının 30 km hissəsi asfaltlaşdırılmışdır. Hazırda həmin yolun yenidən qurulması sahəsində işlər davam etdirilir.

SAATLI: STATİSTİK GÖSTƏRİCİLƏR UĞURLARI TƏSDİQLƏYİR


DÖVLƏT VƏSAİTİNDƏN TƏYİNATI ÜZRƏ SƏMƏRƏLİ İSTİFADƏ EDİLİR

2016-cı ildə büdcədən maliyyələşən təşkilatlarda maliyyə intizamının gücləndirilməsi və xərclərin səmərəli istifadəsi ilə əlaqədar təşkilat rəhbərlərinə, aidiyyəti məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilmiş, mövcud maliyyə resurslarından qənaətlə istifadə edilməsinə diqqət artırılmışdır. Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarla yanaşı, özəl sektorda da maliyyə-vergi sisteminin düzgün tətbiqinə, sığorta haqlarının yığımına ciddi nəzarət olunmaqla işçilərin əmək haqlarının düzgün hesablanaraq vaxtında verilməsinə əməl olunmuşdur. 2016-cı ildə də rayon büdcəsi əsasən sosial yönümlü olmaqla proqnoz kimi nəzərdə tutulan 18 milyon 792 min manat büdcənin xərclər və mədaxil üzrə göstəricilərinə əməl edilməsinə nəzarət yüksəldilmişdir. 2016-cı ildə rayonun yerli büdcəsinin mədaxili üzrə 7 milyon 933 min manat proqnoza qarşı 8 milyon 436,2 min manat əməl olunmuşdur. Büdcənin xərc maddəsi üzrə isə illik proqnoza 93,4 faiz əməl olunaraq nəzərdə tutulduğundan 1241,9 min manat az vəsait xərclənmişdir. Bununla yanaşı, büdcənin yerli gəlirlər üzrə proqnoz göstəricisi 106,0 faiz icra olunmuş və nəzərdə tutulduğundan 503,2 min manat artıq vəsait mədaxil olmuşdur. Mədaxil üzrə 9 tədiyyə növündən yalnız 3 növ-sadələşdirilmiş vergi, fiziki şəxslərdən gəlir vergisi və sair daxilolma üzrə vergilər istisna olmaqla, digər tədiyyələr üzrə proqnozlara əməl olunmuşdur. Əvvəlki illə müqayisədə 2016-cı ildə yerli büdcəyə 187,3 min manat az vəsait mədaxil olunmuşdur. RİH başçısı cənab S. Cabbarov büdcəyə qənaət edilməsi, dotasiyanın azaldılması və yerli gəlirlərin artırılması məsələlərinin vacibliyi ilə bağlı dövlət başçısının tapşırıqlarını bütün yığıncaqlarda da rayon fəallarının diqqətinə çatdırır və bildirir ki, 2016-cı il üçün rayon üzrə nəzərdə tutulan 18 milyon 792 min manatlıq büdcə layihəsi dayanıqlı sosial-iqtisadi inkişafa təminat yaratmaqla sosial yönümlüdür və sosial sahələrə ayırmalar kifayət qədərdir. Bununla belə, respublika büdcəsindən ayrılan dotasiyanın azaldılması istiqamətində işlər davam etdirilməlidir. Qeyd etməyə dəyər ki, bu sahədə ötən il müəyyən nəticə əldə olunmuşdur. Belə ki, 2016-cı ildə 10 milyon 858,8 min manat dotasiya planlaşdırıldığı halda cəmi 9 milyon 644,1 min manat dotasiyadan istifadə olunmuş, qənaət olunmuş 1 milyon 214,7 min manat vəsait yerli gəlirlər hesabına həyata keçirilmişdir. Eyni zamanda, rayonun 2017-ci il büdcəsi də əsasən sosial yönümlüdür. Cari ilin büdcəsi xərclər üzrə 6 milyon 664,0 min, gəlirlər üzrə isə 6 milyon 664,0 min manat proqnozlaşdırılmışdır.

AZTƏMİNATLI TƏBƏQƏNİN SOSİAL MÜDAFİƏSİ TƏDBİRLƏRİ DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna birləşdirildiyi nəzərə alınaraq Nazirliyin tabeliyində olan yerli qurumların bir inzibati binada yerləşməklə fəaliyyətlərinin səmərəliliyi artırılmış, ştat vahidlərinə uyğun otaqlar və iş şəraiti ilə təmin edilmişlər.Ölkədə həyata keçirilən əsaslı sosial müdafiə tədbirlərinə uyğun olaraq DSMF Saatlı rayon şöbəsi də 2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə 4755,7 min manat plan-proqnoza qarşı faktiki olaraq 4449,5 min manat icra olunmuşdur ki, bu da tapşırığa 93,6 faiz əməl edilməsi deməkdir. DSMF-nin Saatlı şöbəsinin uçotunda olan 13324 nəfər vətəndaş rayon ərazisində quraşdırılan 9 ədəd bankomatlar vasitəsi ilə öz pensiya və müavinətlərini vaxtında və şəffaf şəkildə almışlar. Ötən ilin əvvəlində ölkə başçısının müvafiq Sərəncamına əsasən əmək pensiyalarının sığorta hissəsi indeksləşməyə əsasən 4 faiz, 2016-cı il 1 fevral tarixindən isə pensiyaların baza hissəsi 10 faiz artırılmışdır. İndeksləşdirmə və pensiyaların baza hissələrinə edilən bu artımlar nəticəsində rayon üzrə vətəndaşların pensiyalarının üzərinə 01.02.2016-cı ildən etibarən ümumilikdə 163564 manat əlavə edilmişdir.Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların və müavinətlərin vaxtında və şəffaf şəkildə vətəndaşlara ödənilməsi nəzarətdə saxlanılmışdır. 2016-cı ildə ümumilikdə 2930 ailəyə ünvanlı sosial yardım təyin edilmışdir. Həmin ailələrin üzvlərinin sayı 12632 nəfərdir. Bu ailələrə düşən sosial yardımın orta aylıq məbləği 152,12 manat, adambaşına düşən sosial yardımın orta məbləği isə 35,99 manat təşkil edir. Diqqətəlayiq haldır ki, Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni təqvim ili ərəfəsində Heydər Əliyev Fondu tərəfindən rayonun aztəminatlı ailələrindən 2825 ailəyə bayram sovqatı verilmişdir. Vətəndaşlara göstərilən sosial xidmət tədbirləri daxilində 5137 nəfərə aylıq sosial müavinət, Prezident təqaüdü, kompensasiyaların təyinat və ödənişi aparılmışdır. DSMF-nin Saatlı şöbəsinin müvafiq sektoru tərəfindən il ərzində 12 nəfər sosial xidmət işçisi vasitəsilə qeydiyyatda olan 78 nəfər tək ahıllara və əlillərə evlərində xidmət göstərilmişdir. 2016-cı ildə əlillərdən və sosial qayğıya ehtiyacı olan digər vətəndaşlardan 69 nəfəri tam dövlət hesabına olmaqla respublikanın müalicə, sanatoriya və istirahət mərkəzlərinə göndərilmişdir. İl ərzində 2 nəfər birinci qrup əlil müvafiq peşə kurslarında iştirak etmək üçün sağlamlıq imkanları məhdud gənclərin Peşə Reablitasiya Mərkəzində,1 nəfər tənha-ahıl vətəndaş isə Qocalar Evində yerləşdirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 3 dekabr- Beynəlxalq Əlillər günü münasibətilə 52 nəfər əlil və sağlamlıq imkanları məhdud olan uşaqlara ümumilikdə 2420 manat birdəfəlik yardım verilmişdir.
Ötən müddət ərzində rayonda fəaliyyət göstərən bank filialları tərəfindən əhaliyə xidmət işi genişləndirilmişdir. Bütün ödəmələrin bankomatlar vasitəsi ilə plastik kartlarla ödənilməsi təmin edilir, sahibkar fiziki şəxslərə öz fəaliyyətlərinin genişləndirilməsi, digər vətəndaşlara isə istehlak mallarının alınması məqsədilə kreditlər verilir. 2016-cı ildə şəhid ailələrinin, Qarabağ müharibəsi, Çernobıl və Əfqanıstan əlillərinin, digər imtiyazlı vətəndaşların, xəstə və imkansızların, məcburi köçkünlərin bir sözlə, ehtiyac və qayğıları ilə bağlı müraciət edən hər bir şəxsin probleminin həllinə diqqətlə yanaşılaraq maddi yardımlar, pul və ərzaq köməkliyi, evinin bərpa və təmiri ilə bağlı tikinti materialları verilməsi ilə əlaqədar köməkliklər, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün ən zəruri yardımlar edilmiş, güzəştli ailələrin mənzil növbəsi uçotu yenidən dəqiqləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Həmçinin ölkə başçısının tapşırığına uyğun olaraq aztəminatlı ailələrə gələcəkdə tikiləcək sosial mənzillər üçün rayon ərazisində münasib yer ayrılaraq Nazirliyə məlumat verilmişdir. Hazırda növbəlik siyahısına uyğun olaraq bir qrup şəhid ailəsinə və Qarabağ əlilinə fərdi yaşayış evinin tikilməsi ilə bağlı işlərə başlanılmışdır. Bundan əlavə, aztəminatlı təbəqələrdən olan insanların sosial müdafiəsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısının yerli xərclərdən ayrılan təyinatı hesabından maddi kömək formasında pul yardımları olunmuşdur. Hesabat dövründə əhalinin imtiyazlı təbəqələri ilə bağlı həyata keçirilən mühüm tədbirlərdən biri də 31 mart 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşovla aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinin, İcra Hakimiyyətinin şöbə və struktur bölmələrinin məsul əməkdaşlarının iştirakı ilə rayon Gənclər Mərkəzində Şəhid ailələri və Qarabağ Müharibəsi əlilləri ilə keçirilən görüşü qeyd etmək olar.

ƏHALİNİN MƏŞĞULLUĞUNUN TƏMİNİ MƏSƏLƏSİ DAİM GÜNDƏMDƏDİR

Məşğulluq Proqramında nəzərdə tutulan tədbirlər ardıcıl olaraq yerinə yetirilir. Rayon Məşğulluq Mərkəzində 2016-cı ildə 2430 nəfər qeydiyyata alınmışdır ki, onlardan 237 nəfərini qadınlar, 1623 nəfərini ilk dəfə iş axtaranlar, 832 nəfərini isə gənclər təşkil edir. İl ərzində 43 nəfərə işsizlik statusu, 48 nəfərə isə müavinət təyin olunmuşdur. 2 sentyabr 2016-cı il tarixdə «Əmək Yarmarkası» keçirilmişdir ki, bu yarmarkaya 219 boş (vakant) iş yeri çıxarılmışdır. Bu tədbirin işində 321 nəfər işsiz və işaxtaran vətəndaşlar iştirak etmişdir ki, onlardan 63 nəfərə münasib iş yerləri üçün göndərişlər verilmişdir. Ümumiyyətlə,2016-cı ildə rayonda 7055 iş yeri açılmışdır ki, bunun da 2751 vahidi daimi iş yeridir. Mövsümü işlərlə əlaqədar 4304 nəfər işçi cəlb olunmuşdur.Bütün bu göstərilənlərə baxmayaraq liberal iqtisadiyyat, bazar münasibətləri çərçivəsində əmək qabiliyyətli əhalinin işlə təmin olunması, sahibkarlıq subyektlərində yeni iş yerlərinin yaradılması prioritet vəzifə kimi qarşıda durur. Bilirsiniz ki, dövlət proqramları qəbul edildikdən sonra bu sahəyə diqqət xeyli artırılmışdır. Statistik məlumatlara görə 01 yanvar 2017-ci il tarixə bütün işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali 52794 nəfər, qeydiyyatda olan işçilərin sayı isə 2491 nəfər olmuşdur. Məşğul olan əhalinin sayı 52733 nəfərdir ki, bundan da 35681 nəfəri torpaq payı almış kənd əhalisinin əmək qabiliyyətlisidir.



DÖVLƏT GƏNCLƏR SİYASƏTİ UĞURLA HƏYATA KEÇİRİLİR

Dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərin asudə vaxtlarının səmərəli və məzmunlu şəkildə təşkili, sosial-siyasi fəallıqlarının artırılması, idmanın kütləviliyinin təmin olunması məqsədilə son illər respublikada olduğu kimi rayonumuzda da lazımı şərait yaradılmış, müasir Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Şahmat məktəbi tikilmişdir. Bu həqiqətən də, rayon gənclərinin və idmançılarımızın həyatında əlamətdar hadisə olmuşdur.Hər il olduğu kimi, hesabat ilində də 2 fevral "Gənclər günü", 5 mart "Bədən tərbiyəsi və idman günü", "1 iyun- Uşaqları Beynəlxalq Müdafiə günü," digər tarixi günlər, əlamətdar hadisələr, gənclərimizin, idmançılarımızın siyasi, sosial fəallıqları ilə qeyd olunmuşdur. Fəal gənclər və yeniyetmələr tədbirlərdə iştirak edir, idman yarışlarına, intellektual oyunlara, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin dərindən öyrənilməsinə elliklə qoşulurlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeniyetmə gənclər və şagirdlərin həyatında əlamətdar hadisə kimi yadda qalan mühüm təşəbbüslərindən və diqqət yetirdiyi məsələlərdən biri «Ölkəmizi tanıyaq» hərəkatıdır. «Ölkəmizi tanıyaq» devizi altında yuxarı sinif şagirdlərindən 40 nəfər şagird və 5 nəfər müşayətçinin iştirakı ilə Saatlı nümayəndə heyəti 16-19 mart 2016-cı il tarixlərdə Gəncə şəhəri, Şəmkir və Göygöl rayonlarında, 12-15 noyabr tarixlərində isə Qəbələ, Şəki və Zaqatala rayonlarında olmuş, bu yerlərin tarixi, maddi-mədəniyyət nümunələri, regionun sosial-iqtisadi inkişafı barədə ətraflı məlumatlar əldə etmiş, ölkəmizin bir sıra bölgələri haqqında geniş bilgilərlə rayona qayıtmışlar. Milli Məclisin deputatı, Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Amaşovun, bir sıra kütləvi informasiya vasitələri və media qurumlarının rəhbərlərinin iştirakı ilə 14 iyun 2016-cı il tarixdə rayon Gənclər Mərkəzində «Muğanımız-tariximiz, sərvətimiz» mövzusunda keçirilmiş yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunmuş və bu tədbirdə 150 nəfərdən artıq dəvətli iştirak etmişdir. Hesabat ilində ordu sıralarına çağırış və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı məsələlərin icrası nəzarətdə saxlanılmış, vətəndaşların həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını təmin etmək məqsədilə təşkilati, ideya-siyasi işlər tələb olunan səviyyədə qurulmuşdur. Gənclər arasında "Cəsurlar","Şahin" hərbi idman oyunları, «VMH» çoxnövçülük yarışları keçirilmiş, həqiqi hərbi xidmətə gedən çağırışçılar aprel ayının ilk günlərində cəbhə bölgəsindəki qələbələrin böyük coşqunluğu və ruh yüksəkliyi ilə təntənəli şəkildə yola salınmışlar. Rayonun idarə, müəssisə və təşkilatları, ərazi icra nümayəndələri və digər qurumlar tərəfindən könüllü qaydada Silahlı Qüvvələrin yardım fonduna il ərzində 53077,0 manat vəsait köçürülmüşdür.

SAATLI VƏTƏNDAŞLARI MÜTƏRƏQQİ KONSTİTUSİYA DƏYİŞİKLİKLƏRİNƏ "HƏ" DEYİBLƏR

Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixdə keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar rayonda seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Saatlı rayonunun ərazisində yerləşən 62 saylı Saatlı seçki dairəsinin 39 seçki məntəqəsində, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə isə 21 seçki məntəqəsində bütün işlər yüksək səviyyədə təşkil olunmuş, seçki məntəqələrinin maksimum əlverişli şəraiti olan binalarda yerləşdirilməsi təmin edilmiş, bu məqsədlə məntəqələrin yeni inşa olunmuş təhsil, mədəniyyət, səhiyyə və digər sosial obyektlərin binalarında yerləşdirilməsi təmin edilmişdir. Ümumxalq səsverməsi ərəfəsində kütləvi tədbirlərin, görüşlərin keçirilməsində, təşviqat işlərində bərabər şəraitin yaradılması məqsədilə “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayon ərazisində toplantıların, görüş və mitinqlərin keçirilməsi, təşviqat vasitələrinin asılması, vətəndaşların öz fikirlərini azad və sərbəst şəkildə ifadə etmələri üçün açıq və qapalı yerlər ayrılmış, yerli «Dönüş» qəzetində dərc edilmişdir. Bundan əlavə, seçki məntəqələrindən 8-də veb-kamera quraşdırılmışdır. Referendumda rayon üzrə seçicilər yüksək mütəşəkkillik və siyasi fəallıq nümayiş etdirərək seçicilərin 71,5 faizi səsvermədə iştirak etmiş və iştirak edənlərin də mütləq əksəriyyəti Konstitusiyadakı dəyişikliklərə «hə» demişlər.

İDEOLOJİ İŞ MƏQSƏDYÖNLÜ APARILIR

2016-cı ildə ideoloji işin təşkili məqsədilə həyata keçirilən tədbirlər sırasında Heydər Əliyev Mərkəzinin işinin təkmilləşdirilməsi ilə əlaqədar yaradılmış tədqiqat qrupları tərəfindən aparılan məqsədyönlü işlər aparılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin təbliği ilə bağlı ictimai-siyasi və mədəni-kütləvi tədbirlər ardıcıl olaraq təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müvafiq tapşırığı və təsdiq olunmuş tədbirlər planı rəhbər tutularaq 20 yanvar faciəsi, Xocalı faciəsi, 31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım tədbirləri rayon ictimaiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin, əmək kollektivlərinin, şagird və tələbələrin iştirakı ilə böyük izdihamla qeyd olunmuşdur. Bundan əlavə, Ulu Öndərin doğum günü ərəfəsində, may ayının birinci ongünlüyündə silsilə tədbirlər keçirilmiş, müxtəlif idman yarışları, intellektual oyunlar, əmək kollektivlərində dəyirmi masalar, elmi-praktik konfranslar təşkil olunmuşdur. Novruz bayramı əsil xalq şənliyi kimi qeyd olunmuş, digər dövlət bayramları, tarixi günlər, peşə bayramları ilə əlaqədar tədbirlər keçirilmişdir. İdeya-siyasi işlə bağlı rayonda təşkil olunan, həmçinin Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində qeyd olunan bütün tədbirlər yerli «Dönüş» qəzetində və respublikanın müxtəlif kütləvi informasiya vasitələrində vaxtlı-vaxtında işıqlandırılır, eyni zamanda rayon ictimaiyyəti məlumatlandırılır. Hesabat ilində yerli «Dönüş» qəzetinin müntəzəm nəşr olunması üçün lazımı köməkliklər edilmişdir. «Dönüş» qəzeti redaksiyası rəhbərliyinin və əməkdaşlarının, eləcə də rayon İcra Hakimiyyətinin yaxından köməkliyinin nəticəsidir ki, dərc olunan materialların həcmi və əhatə dairəsi, məzmunca müxtəlifliyi genişlənmiş, qəzetin 2016-cı ildə 30 nömrəsi çap edilmişdir. Rayonda aparılan ideoloji işlər müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaşların söz, mətbuat və vicdan azadlığı prinsiplərinə əməl olunması istiqamətində qurulmuş, "İnformasiya azadlığı haqqında", "İctimai birliklər haqqında", "Dini etiqad azadlığı haqqında","İctimai iştirakçılıq haqqında" Qanunlardan irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Dövlət İdarəçiliyi Akademiyasında 12-13 fevral 2016-cı il tarixlərdə keçirilən şəhər, rayon İcra Hakimiyyəti başçısı aparatlarının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinlərinin-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsində rayon İcra Hakimiyyəti başçısı aparatının aidiyyəti məsul əməkdaşı iştirak etmişdir. Eyni zamanda milli-mənəvi və ümumbəşəri dəyərlərə istinad olunmaqla dini icmalar və milli azlıqlarla əlaqəli işlər qurulmuş, dini mərasimlər də qeyd olunmuşdur. Rayonda 4 siyasi partiyanın yerli təşkilatı, 24 ictimai təşkilat və cəmiyyət, 6 Qeyri-Hökumət Təşkilatı, 2 ziyarətgah, 56 məscid vardır (11 məscid dini icması dövlət qeydiyyatından keçmişdir). Siyasi partiyaların, QHT-nın, dövlət qeydiyyatından keçən ictimai birlik və cəmiyyətlərin fəaliyyətinə sərbəst şərait yaradılmışdır. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na uyğun olaraq 21 sentyabr "Beynəlxalq Sülh Günü" ərəfəsində ənənəvi olaraq 21 avqust-21 sentyabr tarixlərində "Sülh aylığı" keçirilməsi və həmin günün qeyd olunması üçün rayon Tədbirlər Planı hazırlanmış, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın mili-mənəvi dəyərlərinin, eləcə də ümumbəşəri dəyərlərin təbliği məqsədilə Tədbirlər Planının nüsxələri çoxaldılaraq aidiyyəti təşkilat və müəssisələrə paylanmış, nəzərdə tutulan tədbirlər müəyyən olunmuş vaxtlarda icraçı təşkilatlar və məsul şəxslər tərəfindən həyata keçirilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə insan alverinə qarşı mübarizəyə dair tədbir keçirilmiş, habelə «Multikulturalizm ili» çərçivəsində ölkədə həyata keçirilən tədbirlərə uyğun olaraq rayonda da 16 noyabr Tolerantlıq gününə həsr olunan tədbirlər də təşkil olunmuşdur.

İCTİMAİ ASAYİŞ ETİBARLI QORUNUR

Rayon İcra Hakimiyyətinin ötən müddətdə xüsusi diqqət ayırdığı sahələrdən biri də mövcud kriminogen durumun təhlili, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının həyata keçirilməsində vətəndaşlara öz Konstitusiya hüquqlarından istifadə etmələrinə hərtərəfli şəraitin yaradılması olmuşdur. 2016-cı ildə rayon ərazisində 167 cinayət hadisəsi qeydə alınmışdır. Qeydə alınmış cinayətlərin açılması 92,2 faiz təmin olunmuşdur. Axtarışda olan 12 nəfərdən 9-u tutularaq məhkəmə və istintaq orqanlarına təhvil verilmiş, itkin düşmüş şəxs kimi 7 nəfər axtarışda olmuşdur ki, onların da hər birinin tapılması təmin olunmuşdur. Hesabat ilində narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə tədbirləri aparılmış və aparılan əməliyyat-axtarış tədbirlərinə icra strukturlarının, bələdiyyələrin və digər aidiyyəti təşkilatların nümayəndələri daxil edilməklə birgə iş qurulmuşdur. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 29 cinayət faktı aşkar edilmişdir. Aşkarlanan narkotik vasitələr, eləcə də çətənə kolları müvafiq komissiyalar tərəfindən yandırılaraq məhv edilmişdir.Rayon Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən 2016-cı ildə 9185 yol hərəkəti qaydasını pozmuş sürücü barəsində inzibati protokol, onlardan 151-i avtomaşını sərxoş vəziyyətdə idarə etdiklərindən inzibati protokol tərtib olunmuşdur. 2016-cı il ərzində aşkarlama əmsalı 7,68 təşkil etmişdir. Rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupu tərəfindən müraciət edənlərə 15010 ədəd şəxsiyyət vəsiqəsi verilmiş və bunun müqabilində dövlət büdcəsinə 26885,0 manat vəsait köçürülmüşdür. 2016-cı il ərzində qəsdən adam öldürmə, adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, soyğunçuluq, quldurluq, adam girov götürmə, banditizm və ya cinayətkar birlik yaratma, insan alveri cinayətləri qeydə alınmamış, xarici vətəndaşlar tərəfindən cinayət hadisəsi törədilməmişdir. Vətəndaşların əsassız olaraq tutulması, həbs edilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi halları olmamış, cəzaçəkmə müəssisələrindən məhkumluqdan azad edilmiş 24 nəfər vətəndaş yaşayış yerləri üzrə qeydiyyata alınaraq onlarla profilaktik iş aparılmış, bu vətəndaşların işlə, tibbi və sosial xidmətlərlə təmin edilməsi, sosial mühitə adoptasiyası tədbirləri diqqətdə saxlanılmışdır. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 14 oktyabr 2016-cı il tarixli 334-VQD nömrəli Qanununun 11-1.2-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin tapşırığına əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq sərəncamla rayon İcra Hakimiyyətinin səlahiyyətli struktur bölməsi müəyyən edilmiş və daxil olan məlumatların tam, obyektiv və hərtərəfli araşdırılaraq nəticəsi barədə məlumat verilməsi tapşırılmışdır. Korrupsiya hallarının meydana gəlməməsi və əhalinin məlumatlandırılması məqsədilə bütün dövlət orqanlarının inzibati binalarında göstərilən xidmətlərə görə rüsum, tarif, vergilər və digər ödənişlər barədə məlumatları əks etdirən lövhələr asılmışdır. "Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli 114 saylı sərəncamının icrasını təmin etmək məqsədilə bütün ödənişlərin bank vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur.

DÖVLƏT ORQANLARINA İCTİMAİ ETİMAD MÖHKƏMLƏNİR

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq 2016-cı ildə də Saatlı rayon İcra Hakimiyyəti tərəfindən dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət təmin olunmuş, açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində ardıcıl tədbirlər yerinə yetirilmişdir. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunda nəzərdə tutulmuş tələblərə uyğun olaraq bir sıra tədbirlər, o cümlədən vicdanlı və mədəni davranış, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, dövlət qulluqçularından gözlənilən davranış, şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi və digər məsələlərlə bağlı təlimlər təşkil olunmuşdur. Eyni zamanda yerlərdə görüşlər keçirilməklə dövlət orqanlarına ictimai etimadın möhkəmləndirilməsi məqsədilə izahat işləri aparılmış, şəffaflığın artırılması və korrupsiya hallarının meydana gəlməməsi üçün əhali məlumatlandırılmışdır. Vətəndaşlara dövlət qulluqçularının etik davranış qaydalarını pozmaları ilə bağlı şikayət etmək imkanları yaradılmış, bu məqsədlə rayon İcra Hakimiyyətində qaynar xətt əlaqəsi təşkil olunmuşdur.Bütün bunlara baxmayaraq, çox təəssüf hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının 26 dekabr 2016-cı il tarixdə keçirilmiş geniş müşavirəsində korrupsiyaya qarşı mübarizə haqqında aparılan müzakirədə vəziyyət təhlil olunarkan Saatlı rayonunun da təhsil sahəsində adı qanun pozuntularına yol verən rayonlar sırasında çəkilmiş və bununla əlaqədar aparılmış yoxlamaların nəticələri barədə sənədlərin Respublika Baş Prokurorluğuna göndərildiyi qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin tapşırığı ilə rayon İcra Hakimiyyətinə daxil olmuş 5 yanvar 2017-ci il tarixli 2/17 nömrəli məktubda korrupsiyaya qarşı mübarizəni gücləndirmək üçün hesabat yığıncağında bu məsələlərə xüsusi yerin ayrılması, ciddi müzakirələr aparılması və konkret tədbirlər müəyyənləşdirilməklə görülmüş işlər barədə hesabat yığıncağından sonra 10 gün müddətində ətraflı məlumat verilməsi tapşırılmışdır.

HƏYAT "ASAN"LAŞIR

Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Asan Xidmət" səyyar qrupunun rayonda göstərdiyi xidmətlər vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmışdır. "Asan Xidmət"in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusu 2016-cı ildə 3 dəfə, hər biri 15 (on beş) gün olmaqla vətəndaşlara şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi, notariat işlərinin aparılması, əmlakın sənədləşdirilməsi və s. sənədlərin alınması üçün səyyar xidmət göstərmişdir. Xidmət dövründə 10 min nəfərə yaxın vətəndaş qəbul edilərək onlara müxtəlif sənədlər verilmiş, həmçinin müraciətlərinə uyğun lazımı məsləhətlər verilərək aidiyyəti üzrə göndərilmişlər.
Yerli özünüidarəetmə orqanları olan 1 şəhər və 35 kənd bələdiyyəsinin icra orqanları ilə əlaqəli işinə və Əlaqələndirmə Şurasının fəaliyyətinə geniş yer verilmiş, rayonun sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin rolunun artırılmasına diqqət yönəldilmişdir. 2016-cı il oktyabr ayının 31-dən noyabr ayının 5-dək «Azərbaycanda yerli demokratiya həftəsi» çərçivəsində 114 görüş keçirilmişdir ki, bu tədbirlərdə 7590 nəfər iştirak etmişdir. Bələdiyyələr tərəfindən 581 nəfər vətəndaş qəbul olunmuşdur. Ötən müddətdə bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi yaradılaraq bütün vergi ödəyiciləri barədə məlumatlar, həmçinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçuları barədə məlumatlar sistemdə yerləşdirilmişdir.Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi qrafikə uyğun olaraq 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr barədə 36 inzibati ərazi dairəsi və məcburi köçkünlərin məskunlaşdığı 1 fin tipli qəsəbə üzrə nümayəndələrin hesabatları yanvar 2017-ci il tarixdə keçirilmiş, bu hesabatlarda rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak etmişlər. Keçirilmiş hesabat yığıncaqlarında 3480 nəfər vətəndaş iştirak etmiş, 218 nəfər çıxış edərək ümumiləşdirilmiş qaydada 22 mühüm təklif və sorğular irəli sürmüşlər. Bununla belə, nümayəndələrdən bir çoxu kəndlərinin sosial-iqtisadi problemlərin həlli, əhalinin məişət və gündəlik qayğılarının təmin olunması istiqamətində az iş görmüş, vətəndaşları daha çox narahat edən məsələlərin həllinə lazımınca səy göstərməmişlər. Şəhər və kənd İƏD-si üzrə nümayəndələrin keçirilmiş hesabatlarının nəticələri rayon İcra Hakimiyyəti başçısının 31 yanvar 2017-ci il tarixli iclasında müzakirə olunaraq fəaliyyətlərində dönüş yarada bilməyən nümayəndələrin zəif işləri qeyd olunmuş və onlardan öz fəaliyyətlərini mövcud Əsasnamənin tələblərinə uyğun qurmaları ilə bağlı təsirli tədbirlər görmələri qarşıya bir vəzifə olaraq qoyulmuşdur. Rayonun şəhər və kənd yaşayış məntəqələrində rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 63 səyyar qəbul keçirilmişdir ki, bu səyyar görüşlərdə 5124 nəfər rayon sakini iştirak etmişdir. Keçirilən səyyar qəbullarda əhali tərəfindən irəli sürülən 228 təklif və sorğuda olan məsələlərdən 52-sı yerində həll olunmuş, 172 təklifdə qaldırılan məsələlər nəzarət qaydasında aidiyyəti idarə, müəssisə və təşkilatlara tapşırılmaqla icrası təmin edilmişdir. 4 təklifdə qaldırılan problemlərin həlli barədə isə aidiyyəti üzrə mərkəzi icra orqanlarına və rəhbər təşkilatlara məktublar ünvanlanaraq nəzarətə götürülmüşdür. Şəhər və kənd İƏD üzrə icra nümayəndələri və bələdiyyə sədrlərinin fəaliyyətləri barədə hesabatlar, keçirilən səyyar qəbul və görüşlər müntəzəm olaraq RİAİS sistemi vasitəsilə mərkəzə ötürülmüşdür.Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin son illər yerlərdə vətəndaşlarla keçirdiyi qəbullar əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. Yaxşı haldır ki, 2016-cı ilin yanvar ayında mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərindən İqtisadiyyat Naziri Şahin Mustafayev, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov, fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov, 27 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, 30 sentyabr 2016-cı il tarixdə Kənd Təsərrüfatı Naziri Heydər Əsədov, noyabr ayında isə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə rayonda vətəndaşlarla belə qəbullar aparmışdır. Sakinlər bölgənin digər şəhər və rayonlarında keçirilən belə qəbullarda da iştirak edərək, özlərinin şəxsi və ailə məsələləri ilə bağlı fərdi qaydada müraciətlərini etmişlər. Həmin qəbullarda irəli sürülən təklif və sorğuların da həll olunmasında rayon İcra Hakimiyyəti lazımı tədbirlər görmüşdür.

VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ HƏSSAS YANAŞILIR

Hesabat dövründə vətəndaşların müraciətlərinə baxılması məsələləri xüsusi diqqətdə saxlanılmış, qəbullarda hər hansı bir vaxt məhdudiyyəti qoyulmamış, hər bir şəxsin ərizə, təklif və şikayətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılaraq cavablandırılması təmin olunmuşdur. İl ərzində vətəndaşlar tərəfindən rayon İcra Hakimiyyətinə ərizə, şikayət və təklif formasında 1606 müraciət daxil olmuşdur ki, ondan da 606 ədədi və ya 37,7 faizi isə yuxarı orqanlara ünvanlanan müraciətlərdir ki, baxılmaq üçün rayon İcra Hakimiyyətinə göndərilmişdir. Yuxarı orqanlardan daxil olmuş müraciətlərin 76,2 faizi və ya 462 ədədi Prezident Administrasiyasından göndərilmişdir ki, onlardan 32 müraciətin icrası nəzarət qaydasında araşdırılaraq Prezident Administrasıyasına və vətəndaşlara cavablar verilmişdir. Yaxşı haldır ki, daxil olan müraciətlər keçən illə müqayisədə Nazirlər Kabineti üzrə 3 ədəd və Mərkəzi icra hakimiyyət orqanları üzrə isə 4 ədəd azalmışdır. Ümumilikdə il ərzində daxil olan müraciətlərin 20,2 faizi müsbət və qismən həll olunmuş, müraciətin 1,1 faizi aidiyyəti və tabeli qurumlara baxılmaq üçün göndərilmiş, 7,7 faizi əsassız sayılmış, 3,6 faiz müraciət hazırda icra mərhələsində olmaqla qalan 67 faizinə müvafiq izahlar verilərək, aidiyyəti üzrə müraciət etmək hüquqlarının olduğu nəzərlərinə çatdırılmışdır. Bununla belə qeyd olunmalıdır ki, 2016-cı ildə rayon İcra Hakimiyyətinə daxil olan müraciətlər, xüsusi ilə Prezident Administrasiyası və Milli Məçlisə ünvanlanan müraciətlər əvvəlki illə müqayisədə artmışdır. Belə ki, ümumilikdə keçən illə müqayisədə müraciətlərin sayı 116 ədəd artmışdır ki, bundan da 42 ədədi Prezident Administrasiyası, 47 ədədi Milli Məclisə və 34 ədədi isə rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətlər üzrə təşkil etmişdir. 2016-cı ildə daxil olan müraciətlərin xarakterinə görə təhlili bir daha göstərir ki, vətəndaşlar yenə də əsasən mənzillə təmin olunmaq, fərdi ev tikilməsi və ya tikinti materialı verilməsi, ünvanlı sosial yardım almaq, işlə və birdəfəlik maddi yardımla təmin olunmaq, kənd təsərrüfatı və bələdiyyədən əlavə torpaqla təminat məsələləri ilə bağlı müraciətlərə üstünlük verirlər. Bu xarakterli müraciətlər (bu müraciətlər 1135 ədəd təşkil edir) ümumi müraciətlərin 70,1 faizini təşkil etmişdir. İl ərzində olunan müraciətlərin 149 ədədi təkrar və 83 ədədi kollektiv müraciətlər təşkil etmişdir. Rayonun sakinləri tərəfindən yuxarı orqanlara olunan müraciətlərin təhlili göstərir ki, ayrı-ayrı vətəndaşlar aramsız olaraq yuxarı orqanlara müraciət yazmağı vərdişə çevirmişlər. Buna misal olaraq onu qeyd etmək olar ki, rayonun 14 yaşayış məntəqəsindən vətəndaşlar tərəfindən yalnız Prezident Administrasiaysına 345 müraciət daxil olmuşdur ki, bu da ümumi müraciətlərin 74,7 faizini təşkil edir. Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu məsələlərinə də diqqət artırılmış, başçı və aparatın struktur bölmələrinin rəhbərlərinin qəbul qrafiki əmrlə təsdiq olunaraq əhalinin məlumatlandırılması üçün rayonun mətbuat orqanı olan “Dönüş“ qəzeti səhifələrində yanvar ayında bütövlükdə və hər ayda da ayrılıqda olmaqla dərc olunmuş və qəbulun təşkili prossesində yeniliklər edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında ümumilikdə 2830 nəfər vətəndaş qəbul olunmuşdur ki, onun da 1596 nəfəri birbaşa rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul olunaraq dinlənilmiş və müraciətlərinə uyğun tədbirlər görülmüşdür. Hesabat dövrü ərzində vətəndaş müracitələri ilə bağlı məsələlər vaxtaşırı Şura və aparatın iclaslarında müzakirə edilərək müvafiq tədbirlər görülmüşdür. Belə ki, 2016-cı ildə Saatlı rayon İcra Hakimiyyətinə və 15 tabeli qurumlara daxil olan müraciətlərə baxılması ilə bağlı rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarında 8 dəfə, aparatın iclaslarında və müşavirələrdə isə 10 dəfə məsələlər müzakirə olunaraq təhlillər aparılmış, bu istiqamətdə öz fəaliyyətlərində nöqsanlara yol vermiş 35 nəfər barədə intizam tənbeh tədbirləri görülmüşdür. Rayon İcra Hakimiyyəti başçısının Xanlarkənd, Bəylər və Gomuşçu kənd İƏD üzrə nümayəndələri və Nəsimikənd İƏD üzrə nümayəndənin müavini vəzifələrinin öhdəsindən gələ bilmədiklərinə görə, ərizələrinə əsasən vəzifələrindən azad olunmuşlar.

HESABATLILIQ, İCTİMAİ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ RİAYƏT OLUNUR

Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın keçirdiyi 25 iclasda rayonun sosial-iqtisadi, mədəni-siyasi həyatı, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatı, əsasən sosial yönümlü məsələlərlə bağlı cari layihə və təkliflərin müzakirəsi də nəzərə alınmaqla 53 məsələyə baxılaraq müvafiq tövsiyələr qəbul edilmiş, qərarların, tapşırıq və tövsiyələrin icra vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılmışdır. Dövlət qulluğunda rotasiya sisteminin tətbiq ediləcəyi sahələrin dairəsi müəyyənləşdirilmiş və rotasiya prinsipləri tətbiq edilərək ehtiyat kadrlar sistemi yaradılmış, onların ixtisas biliklərinin və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə diqqət yetirilmişdir. Son illər rayon İcra Hakimiyyəti başçısı aparatının müvafiq şöbə və struktur bölmələrinin məsul işçilərindən 4 nəfəri "dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmiş, 1 nəfər isə hal-hazırda həmin ixtisas üzrə qiyabi təhsil alır. İcra aparatının 7 nəfər məsul işçisi isə ötən il qısamüddətli ixtisasartırma kurslarında, seminar və treninqlərdə iştirak etmişdir.İdarəçilik sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin daha çevik və effektli olması nəzərə alınaraq elektron poçta keçirilmiş, icra aparatının təminedici şöbələri müasir kompyuter dəstləri ilə təchiz edilərək internet şəbəkəsinə qoşulmuşdur. Bundan əlavə, rayon İcra Hakimiyyətində otaq ayrılaraq Operativ İdarəetmə Mərkəzi yaradılmış və Mərkəz Dövlət Xüsusi Mühafizə İdarəsi tərəfindən informasiya texnologiyaları və avadanlıqları ilə təmin olunmuşdur. Bu Operativ İdarəetmə Mərkəzinə qoşulmaq üçün Saatlı şəhər, Qaracalar, Qara Nuru, Fətəlikənd, Xanlarkənd, Nəsimikənd, Nərimankənd və Qıraqlı kənd İƏD üzrə nümayəndəliklərin inzibati binalarında ayrılmış otaqlarda lazımı avadanlıqlar quraşdırılmışdır ki, icra hakimiyyəti sisteminə daxil olan qurumlar ilə "online" rejimində video müşavirə və konfranslar keçirilməsi təmin olunsun. Prezident Administrasiyasının tapşırığına uyğun olaraq kadrların hərəkəti və inzibati vəzifələrin vakansiyası, rayonda keçirilən tədbirlər, Silahlı Qüvvələrin yardım fonduna keçirilən vəsait, baş verən mühüm hadisələr və keçirilən ümumrayon iməcilikləri, ehtiyat kadrlar və dövlət qulluğu məsələləri, əhalidən enerji, su, qazın dəyərinin ödəniş vəziyyəti, kənd təsərrüfatı sahəsində işlərin gedişi barədə məlumatlar və arayışlar hesabat ilində vaxtında və tələb olunan səviyyədə göndərilmişdir.

Müşahidələrimizə əsasən təəssüf hissi ilə qeyd etmək istəyirik ki, məhz yuxarı orqanlara aramsız müraciətlər yazmağı vərdişə çevirmiş şəxslərin ötürdükləri məlumatların dürüstlüyünü araşdırmayan bəzi mətbu və elektron KİV-də rayon rəhbərliyi barədə həqiqətə uyğun olmayan məlumatlıar yayılır. Əlbəttə ki, belə cəhdlər uğursuzluğa məhkumdur. Rayon İH aparatı ictimaiyyətlə, hökumət strukturları rəhbərləri ilə vahid komanda kimi Saatlının tərəqqisi naminə birgə işləyir və yerli potensialı aşkarlayaraq inkişafa nail olmaqçün tərəqqipərvər qüvvələri səfərbər edirlər.

Elbrus Bağırov

AİA.az



51 103 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031