Mobil versiya
Masazırdakı sürüşmə ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
Tarix: 03-03-2017 | Saat: 15:03
Bölmə:Gündəm / Karusel | çapa göndər

Masazırdakı sürüşmə ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Abşeron rayonunun Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə baş verən sürüşmə-çökmə prosesinin əhatə sahəsi genişlənə bilər.
AİA.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Masazırda "Zəli gölü" adlanan ərazidə baş verən sürüşmə-çökmə prosesi aktiv fazadadır, yəni proses davam edir: "Orada 7 yaşayış evi qəzalı vəziyyətə düşüb və tam yararsız vəziyyətdədir. Digər evlərdə və hasarlarda isə çatlar əmələ gəlib".

Ə.Qaralov qeyd edib ki, əraziyə düşən atmosfer yağıntılarının miqdarı çox olduğundan, eyni zamanda ərazidəki yaşayış evlərinin kanalizasiya sistemlərinin olmadığından və bütün sular birbaşa torpağın üzərinə axıdıldığından torpaq tam doyub. Bu səbəbdən də ərazidə sürüşmə baş verir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə