Mobil versiya
"Ordumuzun təzyiqi artacaq" - EKSPERT
Tarix: 02-03-2017 | Saat: 19:13
Bölmə:Gündəm | çapa göndər

"Ordumuzun təzyiqi artacaq" - EKSPERT

"Silahlı Qüvvələrimizin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşmiş Ermənistan ordusunun bölmələrinə təzyiqi getdikcə daha da artacaq".

AİA.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov deyib.



Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusu bütün göstəricilərinə görə düşməndən qat-qat güclüdür: "Bütün hərbi ekspertlər də qeyd edirlər ki, maddi-texniki təchizat, hərbi qüvvələrin balansı baxımından Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusundan daha üstündür. Uzun müddətdir ki, Azərbaycan dövləti maliyyəni təkcə müasir hərbi texnikanın alınmasına yox, eyni zamanda təlimlərə, ordunun peşəkarlığının artırılmasına da sərf edib. Aprel döyüşləri də bunun nəticəsini göstərdi ki, Azərbaycan ordusu artıq keçmiş Sovet sistemi ilə deyil, daha modern üsullarla savaşır. Bu üsullar təkcə kəmiyyətcə yox, keyfiyyətlə də üstünlük əldə etməyə yönəlib".


Ekspert qeyd edib ki, ermənilərin cəbhənin Füzuli istiqamətində bizim 5 hərbçimizi vurması onların üstünlüyünü qətiyyən ifadə etmir. Onun fikrincə, onların ən böyük üstünlüyü 25 ildir işğal etdikləri ərazilərdə güclü müdafiə səddini yaratmalarıdır:

"Təbii ki, hərbi əməliyyatlar zamanı müdafiə olunan tərəfin müəyyən üstünlüyü olur. Yəni Ermənistanın silahlı birləşmələri coğrafi baxımdan daha üstün hərbi-strateji mövqelərdə yerləşiblər. Buna baxmayaraq, müasir elmi nailiyyətlər, eləcə də hərbi taktiki gedişlərlə bu sədləri keçmək mümkündür. Azərbaycan Ordusunun da bunu etməyə hər cür imkanı var. Son günlərdə Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdəki mövqelərinə zərbələr endirərək düşmənin texnika və canlı qüvvəsini məhv etməsi buna bariz nümunədir".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024