Mobil versiya
Bakıda polislə dilənçi arasında dava - VİDEO
Tarix: 28-09-2015 | Saat: 19:57
Bölmə:Cəmiyyət / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər


Polislər qaraçıları maşına güclə mindiriblər.

Bakının mərkəzində qarşıdurma yaşanıb. Belə ki, Cəfər Cabbarlı heykəlinin yaxınlığında dilənən qaraçıları polislər saxlayıblar.

Aia.az musavat.com-a istinadən xəbər verir ki, bir qaraçı qadın balaca uşağı ilə birgə küçədə dilənirmiş.

Polis əməkdaşları əvvəlcə uşağı götürərək, PPX-a maşınına mindiriblər.

Bunun ardından dilənçi qadın qışqırmağa başlayıb. Ətrafdakı insanlar səsi eşidib, hadisə yerinə toplaşıblar.

Polislər qaraçıları maşına güclə mindiriblər. Bu zaman digər bir dilənçi qadın oraya gəlib. Hadisəni görüb və həyəcan keçirib. Halı pisləşən qadın yerə yıxılıb. Ona polis leytenantı ilkin yardım edib. Daha sonra əraziyə təcili yardım çağırılıb və qadın xəstəxanaya aparılıb.

Dilənçilər, daha da dəqiq desək, qaraçı dilənçilər şəhər sakinlərini həddindən artıq narahat edirlər. Polis əməkdaşları onları bir yandan tutub, bölməyə aparsalar da, bir müddət sonra azad etməli olurlar.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024