Mobil versiya
Türkiyənin neft tankerinə hücum: 11 nəfər girov götürülüb
Tarix: 02-03-2017 | Saat: 15:08
Bölmə:Cəmiyyət | çapa göndər

Türkiyənin neft tankerinə hücum: 11 nəfər girov götürülüb

Liviyada Türkiyə bayrağı altında üzən neft tankeri ələ keçirilib.

AİA.az xəbər verir ki, bu barədə “Deniz Haber Ajansi” xəbər yayıb. Qeyd olunub ki, gəmidə olan 11 ekipaj üzvü girov götürülüb.

Agentliyin məlumatına görə, “Haci Telli” gəmisi Türkiyənin Tuzla limanından Maltanın Valettu limanına gedirmiş. Fevralın 24-də gəmi Liviya limanına gəlib və standart prosedura əsasən onun bortuna mühafizə kimi altı silahlı şəxs qalxıb. Lakin sonradan silahlı şəxslər gəmini ələ keçirdiklərini bildiriblər.

Onlar icarədarın Liviya limanına borclandığı 433 min dolları qaytarmağı tələb edirlər. Əgər onların tələbi yetirilməzsə quldurlar gəmini ya satacaqlarını ya da batıracaqları ilə hədələyiblər. Qeyd olunub ki, icarədar borcun 280 min dollarını qaytarıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə