Mobil versiya
Dünyanın ən bahalı spirtsiz içkiləri
Tarix: 28-09-2015 | Saat: 14:17
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər



Dünyadakı ən bahalı içkilərin spirtli olduğunu düşünürsünüzsə, yanılırsınız

Min ilin viskisi, yüz ilin şərabları ilə qiymət rəqabətinə girən spirtsiz içkilər var. Bu içkilərin qiymətləri sizi çox təəccübləndirəcək.

Da Hang Pao çayı

Çinin cənub-şərqində olan Vuyi dağında yetişdirilən da Hang Pao ağaclarından ildə sadəcə 13-15 may tarixləri arasında çay yığılır. Bu da hazırlanan çayın xüsusi olmasına təsir edir. Bu çayların toplana biləcəyi sadəcə 6 ağac var. Az miqdarda idxal edilən bu çayın 20 qramına 35 min dollar verməlisiniz.

Organic Avenue Juice (meyvə şirəsi)

ABŞ-da qurulan ilk orqanik, bitki tərkibli məhsulları satan “Organic Avenue Stores”a girmək üçün növbəyə durmalısınız. Məşhurların da tez-tez gəldiyi bu yer daha çox meyvə suları ilə məşhurdur. Həzmi sürətləndirən, qandakı oksigen miqdarını artıran və bədəndəki iltihab səviyyəsini aşağı salan bu meyvə şirəsi 600 dollardır.

Nakazawa südü

Yaponiya mənşəli “Nakazawa Foods”da həftədə bir dəfə sübh çağında sağılan inəklərin südü fərqli olurmuş, çünki stress azaldıcı təsiri var. Bunun səbəbi isə bu vaxtda inəklərin melatonin səviyyəsinin yüksək olmasıdır. Bir litr südün qiyməti 43 dollardır.

Kopi Luwak

Dünyanın ən xüsusi qəhvəsidir. Misk pişikləri tərəfindən üyüdülmədən çıxarılan bu qəhvə çəyirdəkləri pişiyin mədəsindəki fermentlərlə fərqli bir dada bürünür və nəticə olaraq qəhvəsevərlərin diqqətini çəkən fərqli dad ortaya çıxır. Kiloqramına təxminən 700 dollar verməlisiniz.

Thousand BC içməli su

“Su nə qədər lüks ola bilər ki?!”, - deyirsinizsə, yanılırsınız. Bu özəl su Kanadada, Vancouverdə hazırlanır. Özəlliyi isə buzdan əridilərək əldə edilməsidir. Çox özəl adamlara təqdim edilən və Las-Vegasda bəzi otellərdə olan bu suyu içmək üçün 750 ml-ə 155 dollar ödəməlisiniz.

Canto Juice spirtsiz şərab

Londonda Harrod dükanındakı “Canti Procette” barının menyusunda dini və ya başqa səbəblərdən dolayı spirtli içki istifadə etmək istəməyənlərə misket üzümündən təqdim edilən xüsusi spirtsiz içkidir. Deyilənə görə, bu içkiyə tələb çoxdur. Dəyəri 48 dollardır.

7. İsabella İslay’s spirtsiz viski

Spirtsiz pivəni, spirtsiz şərabı eşitmişdik, spirtsiz viskini yox. 8500 almaz və 300 yaqut ilə örtülən özəl bir şüşəsi olan bu viskinin hər şüşəsi 6.2 milyon dollardır. 740 min dollarlıq digər növü də var.(lent.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024