Mobil versiya
Milli Məclisin 7 martda 13 məsələyə görə toplaşacaq - GÜNDƏLİK
Tarix: 01-03-2017 | Saat: 20:04
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin 7 martda 13 məsələyə görə toplaşacaq - GÜNDƏLİK

“Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 7-də keçiriləcək”.
Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

1. Milli Məclisin komitə üzvünün təyin edilməsi;

2. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik hesabatı;

3. Mərkəzi Bank idarə heyətinə yeni üzvlərin təyin edilməsi ilə bağlı sənədlər;

4. “Telekommunikasiya haqqında” qanuna dəyişiklik;

5. "Lisenziya və icazələr haqqında” qanuna dəyişiklik;

6. “Sərhəd Qoşunları haqqında” qanuna dəyişiklik;

7. ”Dövlət sərhəddi haqqında” qanuna dəyişiklik;

8.”Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda;

9. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik;

10.”Reklam haqqında” qanuna dəyişiklik;

11. ”Əmək pensiyaları haqqında”qanuna dəyişiklik.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024