Mobil versiya
Pensiya yaşının artırılmasına səbəb nədir?
Tarix: 01-03-2017 | Saat: 16:57
Bölmə:Gündəm / Manşet | çapa göndər

Pensiya yaşının artırılmasına səbəb nədir?

“Prezidentin sərəncamı ilə Azərbaycanda pensiya islahatları konsepsiyası hazırlanıb və “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər həmin konsepsiyanın tələbinə uyğun olan edilir. Azərbaycanda uzun illər Sovet dönəmində pensiya tənminatının həmrəylik modelinə əsaslanan siyasət həyata keçirilib”

AİA.az xəbər verir lki, bunu AzVision.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat pensiyalarla bağlı dəyişikliyin labüd olduğunu bildirib: “Müstəqillik dövründə bazar iqtisadiyyatının tələbinə uyğun olaraq pensiya təminatının həmrəylik prinsipindən sığorta prinsipinə keçmişik. Hər kəs işlədiyi, əmək qabiliyyətli olduğu dövrdə öz pensiyasını özü təmin etməlidir. Kimin ki, pensiyasında öz təminatı və ya pensiya almaq hüquqi yoxdur, dövlət ona sosial müavinətlər verməlidir. Pensiya təminatının sığorta sisteminin mahiyyəti və fəlsəfəsi bundan ibarətdir. Dünən aparılan müzakirələrdə və növbəti Milli Məclisin plenar iclasına tövsiyyə olunan əmək pensiyalarına əlavə və dəyişiklər bu islahatların növbəti addımıdır. Burada “çox işlə, çox qazan” prinsipi var. Çox işləyərsən, çox maaş əldə edərsən və sosial sığorta haqqı çox çıxılar və pensiyaya çıxanda daha çox pensiya alarsan”.

M.Quliyev qeyd edib ki, yeni qaydalara əsasən sığorta öhdəlikləri ilə dövlətin öhdəlikləri arasında asılılıq azalır. “Dövlət Sosial Sığorta Fondunun vəsaitinin təxminən 40-45 faizi dövlətin transferi hesabınadır. Transferlər yavaş-yavaş azalmalıdır ki, vətəndaşın dövlətin büdcəsinə vergi kimi yığdığı vəsait sığortaya getməsin. Vətəndaş sığorta kimi yığdığı vəsaiti özü xərcləsin. Digər dəyişiklik pensiya yaşının artırılmasıdır. Pensiya yaşı kişilər və qadınlarda bərabərləşdirilərək 65 yaşa çatdırılır. Bu Azərbaycanda orta ömür uzunluğunun artması ,həm də pensiya alanların orta yaş stajının artması ilə əlaqədardır. Dünyanın çox ölkəsində bu tendensiya gedir”.


Komitə sədrinin müavini qeyd edib ki, dövlət qulluğu, prokurorluq, məhkəmə, hərbi sahədə işləyən şəxslərin qulluq stajlarının artırılması məsələsi də yeni dəyişiklərdə nəzərdə tutulub. “Məsələn, kiminsə 5 il dövlət qulluğu stajı vardısa, dövlət qulluqçusu kimi pensiyaya çıxa bilərdi. Lakin dəyişiklikdən sonra 5 il 15 ilə qaldırılır. Eynilə prokurorluq, məhkəmə sistemində işləyənlərdə 10 illik artım tətbiq olunur. Bu dəyişiklərin heç birinin vətəndaşa ziyanı yoxdur. Vətəndaşı sövq edəcək ki, daha çox əməklə məşğul olsun və saxta yollarla pensiya axtarmasın. Açıq deyək ki, elə hallar var ki, müxtəlif saxta yollarla gah əlillik alır, gah staj düzəldirlər ki, pensiyaya çıxsınlar. Bunların arşısı alınacaq. Bir sözlə, bu dəyişiklər sığorta sistemində sağlamlaşmağa xidmət edəcək”.

M.Quliyev bildirib ki, heç kimin pensiyasında məhdudiyyət və azalma olmayacaq. “Hətta bəzi istiqamətlərdə artımlar olacaq. Qanunda olan dəyişiklər iyulun 1-dən sonra pensiyaya çıxacaq şəxslərə şamil olunacaq”.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024