Mobil versiya
Masazırda sürüşmə - 7 ev dagıldı
Tarix: 01-03-2017 | Saat: 16:48
Bölmə:Cəmiyyət | çapa göndər

Masazırda sürüşmə - 7 ev dagıldı

"Masazır qəsəbəsində "Zəli gölü" kimi tanınan ərazidə baş vermiş sürüşmə-çökmə prosesi aktiv fazadadır".

AİA.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, sürüşmə, çökmə və uçqun nəticəsində 7 ev yararsız vəziyyətə düşüb, ərazidə yerləşən digər evlərin divarlarında isə çatlar əmələ gəlib.

Hadisənin baş verdiyi yamacın maililiyinin 30 dərəcə təşkil etdiyini vurğulayan ekspedisiya rəisi qeyd edib ki, prosesin dinamikasında aktivlik davam etsə, digər evlər də təhlükə vəziyyətlə üzləşə bilər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024