Mobil versiya
Şəhid yola salmaqdan gələn sürücü ilə yol polisi arasında maraqlı dialoq yaşanıb
Tarix: 1-03-2017, 12:11 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

Şəhid yola salmaqdan gələn sürücü ilə yol polisi arasında maraqlı dialoq yaşanıb

Emin Tarverdiyev adlı sürücü özünün "Facebook" səhifəsində maraqlı paylaşma edib.

Adalet.az xəbər verir ki, fevralın 28-nə keçən gecə şəhid nəşini qarşılamaq üçün gecə yola çıxan sürücünü Bakıda yol polisi əməkdaşı saxlayıb. Sürücünün dediyi sözlərdən sonra yol polis hərbi salam verərək onu yola salıb: "Gecə aeroportdan qayıdanda saat 03:35-i keçmişdi. Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospekpetinin kəsişməsindəki işıqforda yanımda DYP maşını saxladı. Yaşıl işıq yandı, maşını yerdən götürdüm, 5-10 metr aralanmışdım ki, 99 YP 474 məni saxlamaq üçün sayrışan işıqlarını yandırdı. Sağa verib saxladım. Qısa bir dialoqumuz oldu, gözü şitin üstündəki bayrağa sataşdı. "Siz haradan gəlirsiniz?" soruşanda, "Şəhid yola salmaqdan" dedim. Hərbi salam verib, "Başımız sağ olsun, yaxşı yol" deyib getdi".

AİA.az



5726 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930