Mobil versiya
Qərargah: "Pirsaat daş silsiləsi" ərazisində kişi meyiti tapılıb
Tarix: 28-02-2017 | Saat: 12:31
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Qərargah: "Pirsaat daş silsiləsi" ərazisində kişi meyiti tapılıb

Bu gün "Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb.

Bu barədə Axtarış-Xilasetmə qərargahından məlumat verilib.

Bildirilir ki, "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində bu gün fevralın 28-də dənizin "Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb. Tapılan meyitin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.(trend)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024