Mobil versiya
Şəhidimizin atası: "Vətənə hamımızın canı fəda olsun"
Tarix: 28-02-2017 | Saat: 12:09
Bölmə:Gündəm / Manşet / Seçilənlər | çapa göndər

Şəhidimizin atası: "Vətənə hamımızın canı fəda olsun"

"Tovuzun və ölkəmizin qəhrəman oğullarından biri Əhmədov Elvin Süleyman oğlu ön cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına şəhid olub. Elvin qardaşımız Yanıqlı kəndindəndir. Bu gün Xocalı soyqrımı ilə bağlı tədbirdə çıxış etmək üçün İtaliyada səfərdə olduğumuzdan əziz şəhid ailəmizin yanına gedə bilmədim və çox üzgünəm. Dəyərli şəhid qardaşımızın atası ilə telefonla danışdıq. Belə qəhrəman övladların valideynləri də mərddir, vətən sevdalıdır".

Milli.Az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkə hesabında yazıb. Millət vəkili fikrlərinin davamı olaraq: "Səbr dilədiyim şəhidimizin atası, deyəsən, səsimin titrədiyinin fərqində idi və telefonda: "Qənirə xanım, oğlumla qürur duyuram, təki vətən sağ olsun, Vətənə hamımızın canı fəda olsun", - dedi. Belə şəhid ailələri qarşısında, sadəcə, baş əymək lazımdır. Nur içində yatsın şəhid qardaşımız. Konfrans bitən kimi, inşallah, Tovuza gəliib ailəmizi ziyarət edəcəm. İnanıram ki, Tovuz şəhidimizi yüksək səviyyədə son mənzilə yola salacaq. Qanınız yerdə qalmayacaq, əziz şəhidlərimiz", - sözlərini qeyd edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024