Mobil versiya
Fransalı deputat Xocalı ilə bağlı Ollanda müraciət edib
Tarix: 28-02-2017 | Saat: 10:18
Bölmə:Siyasət / Manşet | çapa göndər

Fransalı deputat Xocalı ilə bağlı Ollanda müraciət edib

Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar Fransa Nümayəndələr Palatasının üzvü, Fransada fəaliyyət göstərən "Azərbaycanın dostları” Assosiasiyasının Sədri cənab Jan-Fransua Mansel Fransa Respublikasının Prezidenti Fransua Ollanda muraciət ünvanlayıb.
Adalet.az Jan – Fransua Manselin Fransa Prezidentinə ünvanlandığı məktubunu təqdim edir.
Prezidentə müraciət

Milli Məclisin üzvü, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu rəhbərinin müavini Cavanşir Feyziyevin redaksiyamıza verdiyi məlumata görə, Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar Fransa Nümayəndələr Palatasının üzvü, Fransada fəaliyyət göstərən "Azərbaycanın dostları” Assosiasiyasının Sədri cənab Jan-Fransua Mansel Fransa Respublikasının Prezidenti Fransua Ollanda muraciət ünvanlayıb. Müraciətdə deyilir:

Cənab Prezident

25 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri hələ sovet dövründən Xankəndində yerləşən 366-cı zirehli moto-atıcı alayın və hərbi hissənin köməyi ilə Azırbaycanın Xocalı şəhərini işğal etmişdir. Hücumdan əvvəl, 25 fevral axşamı şəhər ağır artilleriya tərəfindən çox güclü atəşə məruz qalmışdır. Fevralın 26-da səhər saat 5-də Xocalı tamamilə yandırılmışdır. Bölgənin əsas mərkəzi olan Ağdama qaçmaq ümidi ilə şəhəri tərk etmiş 2500 sakindən 63-ü uşaq, 106-ı qadın, 70-i ahıl olmaqla 613 mülki şəxs düşünülmüş şəkildə məhv edilmiş, 8 ailənin bütün üzvləri öldürülmüş, 25 uşaq hər iki valideynini itirmiş, 1275 nəfər giröv götürülmüş və onların da 150 nəfəri itkin düşmüşdür.

Soyqırım olduğu heç bir şübhə doğurmayan bu cinayət Azərbaycan tarixinin ən dəhşətli, ən faciəvi səhifəsi sayılır və bu hadisə öz sərhədlərindən də kənarda bəşər tarixini daim yasa batıran iyrənc əməllər siyahısındadır.

Fransa erməniləri təşkilatlarının koordinasiya Şurasının illik naharı zamanı siz "Müharibə cinayəti və insanlıq əleyhinə cinayət hesab olunan bütün genosidlərin milli səviyyədə xatirə günü”nü təyin etməklə bağlı niyyətinizin olduğunu bəyan etmişdiniz. Bunu nəzərə alaraq, xahiş edirəm ki, sizin təşəbbüsünüz konkretləşərsə, Xocalı genosidi də bu çərçivədə yad edilsin.

Cənab Prezident, bütün həlak olmuşlar kimi cəlladlar tərəfindən qətlə yetirilmiş və ola bilsin ki, digər soyqırım qurbanları qədər tanınmamış bu azərbaycanlı əzabkeş qurbanlara da qardaş diqqəti göstərməyiniz üçün sizə minnətdar olardım. Cənab Prezident, sizə olan yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024