Mobil versiya
BMT Qarabağ danışıqlarını bərpa etməyə çağırdı
Tarix: 28-02-2017 | Saat: 09:45
Bölmə:Siyasət / Karusel | çapa göndər

BMT Qarabağ danışıqlarını bərpa etməyə çağırdı

BMT-nin baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Baş katib tərəfləri atəşkəs rejiminə əməl etməyə və tezliklə danışıqları bərpa etməyə çağırır”, - deyə S.Düjarrik qeyd edib.

BMT-nin baş katibi vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması və gərginliyin təhlükəli həddən aşağı salınmasına çalışan ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu həmsədrlərinin (Rusiya, Fransa və ABŞ) səylərini tam olaraq dəstəkləyir.

Düjarrik qeyd edib ki, BMT rəhbəri tərəfləri atəşkəsə ziyan vura biləcək istənilən hərəkətdən çəkinməyə və dərhal Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənən konkret danışıqları bərpa etməyə çağırıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024