Mobil versiya
"Ermənistanın son təxribatına..."
Tarix: 27-02-2017, 17:18 | Saat: 15:47:00
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Ermənistanın son təxribatına..."

Ermənistan Silahlı Qüvvələrinin Xocalı soyqırımının 25-ci ildönümündə cəbhə xəttində növbəti təxribat törətməsinə beynəlxalq təşkilatların susqunluğu münaqişənin həllində yenə də ikili standartları göstərir.

AİA.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, erməni tərəfi hər dəfə özünü "məzlum" göstərməklə təxribatı davam etdirir: "Amma əslində mahiyyətcə çox mənfur, iyrənc, insanlığa yaraşmayan hərəkətlər edirlər. Sağlığında Azərbaycan əsgərinin qarşısında dayana bilməyən ermənilər əsgərlərimizin meyitlərinə qarşı qeyri-insani münasibət göstərirlər. Dəhşətlisi odur ki, Ermənistanın sonuncu təxribatının qarşısını alarkən şəhid olmuş və neytral zonada qalmış hərbçilərimizin meyitlərinin götürülməsi üçün onlar ATƏT-in Minsk qrupu ilə razılaşıb və bu qurum qarşısında öhdəlik götürüblər. Lakin bu öhdəliyə əməl etmədilər. ATƏT-in Minsk qrupu da buna biganə, soyuq yanaşaraq qarşı tərəfə nə təzyiqlər edir, nə bu məsələ ilə bağlı bəyanat yayır. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi öz üzərinə götürən ATƏT-in Minsk qrupu hələ bu vaxta qədər münaqişədə işğalçı ilə ərazisi işğal olunan ölkəni ayıra bilmir, onlar arasındakı fərqi bilmir".

B.Sadıqov bildirib ki, əslində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi BMT-nin çıxardığı 4 qətnamə əsasında qeyd-şərtsiz həll edilməlidir: "Amma BMT öz qətnamələrini icra edə bilmir, deyir ki, bu işlə ATƏT məşğuldur. ATƏT-in Minsk qrupu isə ermənilərə cəsarətli söz deyə bilmir. BMT-nin dişsizliyindən, ATƏT-in öz üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmədiyindən istifadə edən Ermənistan hələ də torpaqları işğal altında saxlayır".

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz olub.

AİA.az



5526 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}