Mobil versiya
Cocuq Mərcanlıya gedən yol mayda istifadəyə veriləcək
Tarix: 27-02-2017 | Saat: 16:00
Bölmə:Gündəm | çapa göndər

Cocuq Mərcanlıya gedən yol mayda istifadəyə veriləcək

“Cocuq Mərcanlı kəndinə yolun çəkilməsi işləri davam etdirilir”

Bu barədə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov deyib. ASC sədri bildirib ki, işlər may ayında yekunlaşacaq.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi məqsədi ilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə “Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024