Mobil versiya
Lerikdə qar uçqunu zamanı sağ qalan körpə evə buraxıldı
Tarix: 27-02-2017, 12:37 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

Lerikdə qar uçqunu zamanı sağ qalan körpə evə buraxıldı

Fevralın 23-də Lerik rayonunun Orand kəndində baş verən qar uçqunu zamanı sağ qalan 8 aylıq körpə evə buraxılıb.

AİA.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Lerik rayon icra başçısının müavini Habil Məlikov bildirib.

Onun sözlərinə görə, uşaq Lerik Rayon Mərkəzi Xəstəxanasında tam müayinə edilib və səhhəti yaxşı olduğu üçün ailə üzvlərinə təhvil verilib: "Uşağın müalicəsi başa çatıb, körpə yenidən müayinə edilib. Səhhətində heç bir problem yoxdur. Amma buna baxmayaraq, rayon rəhbərliyi də, həkimlər də uşağı nəzarətdə saxlayır".

H.Məlikov bildirib ki, ailənin həlak olan 4 üzvünün dəfn və yas mərasimi xərcləri rayon rəhbərliyi tərəfindən ödənilib: "Bundan başqa, qar uçqunu nəticəsində dağılmış evin bərpası ilə bağlı akt tərtib edilib və Fövqəladə Hallar Nazirliyinə təqdim edilib. Nazirliyin cavabından sonra evin bərpasına başlanılacaq. Hazırda ev sahibi və ailə üzvləri kənddə oğlunun evində məskunlaşıblar".

Qeyd edək ki, fevralın 23-də Lerik rayonunun Orand kəndində Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar uçqununun düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb. Beşikdə olan 8 aylıq körpə, Elcan Zöhrab oğlu Mustafayev uçqunun altından sağ çıxarılıb və Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

AİA.az



5358 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930