Mobil versiya
Bakıda şirkət insanların qəsdinə durub: göydən dəmir şiferlər "yağır
Tarix: 26-02-2017 | Saat: 14:37
Bölmə:Aia TV | çapa göndər

Bakıda şirkət insanların qəsdinə durub: göydən dəmir şiferlər "yağır








Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında heç bir təhlükəsizlik normaları gözlənilmədən iş aparılır.

Aia.Az bildirir ki, baku.ws-in redaksiyasına göndərilən videodan görünür ki, hündürmərtəbəli binada mansarda tikilir. Ancaq tikinti işləri təhlükəsizlik qaydalarına riayət edilmədən aparıldığı üçün ətrafda olan insanların həyatı üçün böyük təhlükə yaranır. "Şazi MMC" tərəfindən aparılan tikinti işləri zamanı binanın damından düşən şifer parçaları aşağı düşür. Binanın həyətində maşınların saxlanıldığı və insanların hərəkət etdiyini nəzərə alsaq, insanların ölümlə üz-üzə olduqlarını söhləmək olar. Sakinlərin baku.ws-ə verdikləri məlumata görə, onlar tikinti işlərinin aparılmasından narazıdırlar. Hətta sakinlərdən biri 3 ay bundan əvvəl də həmin ərazidə aparılan tikinti işləri zamanı avtomobilinə ziyan dəydiyini, ancaq buna görə ona təzminat ödənmədiyini bildirib.

Maraqlıdır, görəsən, tikinti aparan şirkət niyə elementar təhlükəsizlik qaydalarına əməl etməyərək insanlarımızın həyatını təhlükəyə atır? Əgər binanın damından düşən şifer və taxta parçaları maşınları əzərək insanlara xəsarət yetirsə, məsuliyyət kimin üzərində olacaq? Yasamal Rayon İcra Hakimiyyəti tikintiyə nəzarət edərək tədbir görsə, işin xeyrinə olar.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024