Mobil versiya
Bu da Trampın lüks klubu - FOTO
Tarix: 25-02-2017 | Saat: 15:01
Bölmə:Media | çapa göndər

Bu da Trampın lüks klubu - FOTO


ABŞ prezidenti, milyarder Donald Trampın mülkləri arasında Mar-A-Laqodakı özəl klub da var.

AİA.Az TMZ-yə istinadən bildirir ki, ABŞ-ın Florida ştatındakı Palç-Biç şəhərində yerləşən bu malikanəni Donald Tramp 1985-ci ildə 10 milyon dollara satın alandan sonra superlüks məkana çevirib.

Bu ilin yanvarın 1-də, Donald Trampın ABŞ prezidenti postunda inauqurasiyasına 20 gün qalmış kluba üzvlük haqqı 2 dəfə artaraq 200 min dollar olub. Bundan başqa, klub üzvləri ildə 14 min dollar məbləğində ödəniş etməli, klubda yeməyə görə əlavə 2 min dollar da verməlidirlər.

"Campaign Legal Centre"in eksperti Larri Noublun dediyinə görə, bütün bunlar xoş təsir bağışlamır: "Belə təəsürat yaranır ki, sanki, Tramp prezidentliyi vasitəsilə daha çox pul qazanmaq istəyir".

Mar-a-Laqodakı malikanə 1920-ci ildə o dönəmlərdə ABŞ-ın ən varlı qadınlarından olmuş Macori Merriveteri Postun istəyi ilə tikilib

Merriveterinin qızı bu malikanəni "Qış Ağ Evi" qismində istifadə üçün ABŞ hökumətinə bağışlayıb. Lakin Vaşinqton bu malikanə ilə maraqlanmadığından Tramp daşınmaz əmlakı satın alıb.

Malikanədə, sadəcə, bal zalının interyeri Trampa 7 milyon dollara başa gəlib. Zalın divarları və sütunları qızılla örtülüb.

Malikanədən 10 dəqiqəlik məsafədə Uest Palm Biçdəki beynəlxalq qolf klub var.

AİA.az












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024