Mobil versiya
Çinarın Nəğməsi
Tarix: 25-02-2017 | Saat: 12:17
Bölmə:Gündəm / Seçilənlər | çapa göndər

Çinarın Nəğməsi

Zəng çölə vuruldu, dərslər qurtardı. Faidə çantasını götürüb məktəbin həyətinə çıxdı. Sinif yoldaşları Nərmin və Sevinclə birlikdə evə tərəf yollandılar.

Qızlar, hava bu gün yaman istidi-deyə Nərmin dilləndi.

-Sevinc üzünü kəndin mərkəzindəki yola tutub: Yolumuz bağın yanından keçir, gəlin çinarın altındakı oturacaqlarda əyləşib nəfəsimizi dərəyin?

Faidə onun fikirini bəyəndi.

-Yaxşı olar, beş on dəqiqəlik kölgədə dayanağın, yoxsa gün bizi vurar. Sevinc çantasını oturacaqlardan birinin üstünə qoyub:

-Nə qədər yuva var bu çinarın qoynunda – söylədi.

Faidə çinarın tarixçəsindən danışdı:

- Deyirlər bu çinarın əllidən artıq yaşı var. Əlbəttə gör neçə illərdir ki, müxtəlif quşlar bu ağacı özünə məskən salıb.

-Bəs zoologiya müəllimimiz deyirdi ki, müxtəlif quşlar bir yerdə yuva qura bilməz? Burada mən göyərçin, şanapipik, sığırın, sərçə də görürəm, deyə təəccüblə Nərminin üzünə baxdı. Nərmin asta səslə:

-Bilirsiniz, quşlar burda səs salsada bu səs-küyün içində, bir rahatlıq tapıram

Faidə gülümsəyərək!

-Hə, bu dəqiqə fikir verin , bir tərəfdən quşların cükkültüsü, o biri tərəfdən meh əsdikcə yarpaqların hıcıltısı həzin bir nəğmə yaradır Çinarın nəğməsini...

May ayı olmasına baxmayaraq havalar kəskin istilərlə müşahidə olunurdu. Buna baxmayaraq, təbiət öz töhbvəsini fəsillərdən əsirgəmir. Yazın özünəməxsus xüsusiyyətləri var, əbəs yerə bahara gül-çiçək fəsli deməyiblər ki,...

Baharda kəndimiz gözəl olur. Ətraf yaşıllaşır, hər gün bir çiçək açır. Aran torpağının da özünəməxsus faunası və florası var.

Kəndin mərkəzində heç kəs yoxdur, hamı əkin-biçinlə məşğuldur. Kəndin mərkəzindən əkin sahələrinə yollar şaxələnib gedir. Səpin traktoru sürətlə gəlib kəndin yuxarı tərəfinə üz tutur. Onun qaldırdığı toz-duman aləmi bürüyür. Səs-küy uzaqlaşır, amma çinarın nəğməsi yenə dayanmır...

Harasa atlı tələsir. O, atını tozlu yolda bərk səyridir. Ondan bir xeyli aralıda, atın dayçası kişnəyə-kişnəyə anasının dalınca qaçır. Qara köpək tində ona bərk soxulur. Dayça özünü sahibinin üzəngəsinə elə sıxır ki, sanki ondan imdad diləyir. Anasını axtaran quzu mələyir. Quzu mələməsi əriyib yox olandan sonra

təzə çiçəklənmiş iydənin budaqları arasında arı vızıltısı eşidilir. Budur, çinarda məskunlaşmış şanapipik, təzəcə pöhrələnmiş budaqlar arasından , iti dimdiyini uzadıb oxuyur, uzaqdan başqa quş onun səsinə səs verir. Şanapipik mahnısını kəsib, ətrafa nəzər salır, başqa səsə qulaq asır. Başqa quş mahnısını bitirən kimi o da sinəsini qabardır, qanadını gen açır, çırpır, əsdirir, əvvəlkindəndə incə məlahətlə oxuyur. Çinara yaxın yol boyu əkilən iydə ağaclarının sarı çiçəkləri öz qoxusu ilə ətrafa ətir saçır. Onun budaqları arasında gizlənən bülbül öz quş dilində nəsə deyir. Utu-utu-utu-tu-tutu tu... Azca ara verir, yenə başlayır. Çöl göyərçinləri Qu qu qu qu deyə çinardakı yuvadan dillənir. Qurumuş söyüd kötüyünə qonmuş ağacdələn öz təbilini çalmağa başlayır... Yuvalarda cükküldəşən sərçələrin səsi isə aramsız davam edir. Qarğa çinarın nazik qanadına qonur, qanad əyilir, o, möhkəm caynağı ilə budaqdan yapışır və bir neçə dəfə qarıldayır. Çinarın bir anlığı nəğməsi susur. Bir az keçən kimi o, öz nəğməsini bir də oxumağa bağlayır. Qızlar bu mənzərəni hər gün izləyir və çinarın altında dincəlməkdən zövq alırdılar. Sevinc tapşırıq dəftərini çıxarıb – Faidə, Nərmin müəllim inşa yazmağa mövzular vermişdi hazırlamısınız?

Dəftərinə nəzər sala-sala Faidədən soruşur:

Faidə, beş inşa mövzusundan birinin seçib yazmalıyıq.?

-Hə birini seçməliyik, deyə özü təsdiqlədi.

-Gəlin plan barədə danışağın.

-Mən Qəhrəmanlar ölmürlər mövzusu üzərində düşünürəm.

Nərmin sakit tərzdə:

-Mən sə Xocalı faciəsi mövzusunu hazırlamamışam. Nərmin üzünü tutur Faidəyə:

-Bəs, sən nəyi yazacaqsan?

Faidə , - bu gün topladığım materialları nzərdən keçirib, bir qərara gələcəm , - dedi.... Kəndin ortasındakı döngədə bir qadın görünür. Axsaya-axsaya qızlar oturan səmtə doğru gəlir. O, yaxınlaşıb salamlaşır, hal-əhval edir. Ayağa qalxıb onunla salamlaşırlar. Sonra o, oturacağda əyləşib, dincini alır. Bu qadın 1992 ci ildə kəndə Xocalıdan pənah gətirmiş Sənəm arvaddır. Qızlarda onun yanında əyləşirlər. Faidə ondan soruşur: Sənəm nənə , işiniz – gücünüz necədir, necə dolanırsınız?

-Dolanırıq da ... deyə dillənir.

Başını göyə dikəldib üzünü çinara tutur.

-Ah, quşlar siz necə də xoşbəxtsiniz, çinarın qoynunda öz isti yuvanızda qorxusuz yaşayırsınız. Allah, mərdimazara lənət eləsin! Onun sifəti qırış-qırışdır. Gözləri də dodaqlarıda da qırışlar içindədir. Gözlərində , nəzərlərində sonsuz qüvvə, ümid doğuran həyat eşqi var. Sağ əlini dizinə qoyub. Sevinc onun əllərinin üstünün qırmızı , soyulmuş dərisinə baxıb, bir az çəkinərək:

-Müharbədə olub? – deyə soruşdu. Sənəm nənə əllərinə, ayaqlarına elə qəmli və diqqətlə baxır ki, sanki bu əl ayaqları onun deyil, başqasınındır.

-Tonqalda yanıb-faşistlərin tonqalında...

Sənəm nənə çiyinlərini atır: -Xocalı tonqalında, - əllərinin ikisinində dizlərinin üstünə qoyur. Gözləri Nərminin əlindəki dəftərə sataşır.

O, -Nə öyrənirsiniz? –deyə soruşur. Nərmin: “Xocalı faciəsi” mövzusunda inşa yazmağa hazırlaşıram, -deyir.

-Xocalı faciəsi?... Əzan vaxtıdır, yoluma davam edim. Faidə, atan Sədaqət müəllimə , nənən Müzəyyama məndən salam söylə. Atan yaxşı adamdır! Vaxt olsa gəlib onlara baş çəkəcəm!.. O, axsaya-axsaya kəndin mərkəzində yerləşən Məscidə yollandı. Faidə çantasını götürüb üzünü qızlara tərəf tutdu:

-Qızlar, dincimizi aldıq, evə getmək vaxtıdır.

-Çox yubandıq, - deyə Nərmin sevincin üzünə baxdı.

Onlar söhbətləşə-söhbətləşə yollarına davam etdilər. Yol boyu gah Sənəm nənədən danışır, gah da inşa mövzusuna toxunurdular. Faidə evlərinə necə gəlib çatdıqını heç özü də bilmədi. Bu gün o, həmişəki vaxtdan evə gec qayıtmışdı. Anası narahatlıqla gileyləndi:

-Faidə niyə belə gec gəldin? Mən də bayaqdan narahatam, dedim bəs, Nərmin gilə getdin nədir?

-Yox ana, Nərminlə Sevinc əl çəkmədi bağın kənarında olan çinarın altında oturub bir az dincəldik, həm də test və inşa mövzularını öyrənirdik.

-Naharın vaxtıdır – paltarlarını dəyiş, süfrə hazırdır, səni gözləyirik. Faidə əl üzünü yuyub, mətbəxt otağına daxil olanda, bütün ailə üzvləri, artıq süfrə arxasında əyləşmişdilər. Salamlaşıb, o da nahar etməyə başladı. Faidə naharını edib, süfrəni yığışdırıb çay gətirdi və üzünü nənəsinə tutub:

-Nənə, ay nənə, dərsdən qayıdanda Sənəm arvadı gördüm, sənə salam göndərsi.

-Salam göndərən , sağ olsun! – deyə Müzəyyam nənə dilləndi.

-Nənə çinarın altında oturacaqlarda əyləşmişdik, bir də gördük yol ilə harasa gedir. Dayandı, dincini aldı, atamıda səni də soruşdu.

-Nənə ay nənə deyə Faidə yenə nənəsinə yaxınlaşdı., - atamı Sənəm arvad haradan tanıyır?

-Nənənin rəngi avazıyır, ürəyi az qalır yerindən çıxsın, qopub yerə düşsün.

-faidə atan onda İcra nümayəndəsi işləyirdi, Sənəm arvad Xocalıdan qaçıb bura pənah gətirmişdi. Bir həftə bizdə qaldı ona qulluq etdik. Əl ayağı yanmışdı. Yeddi ailə üzvündən təkcə o salamat qalmışdı. Hamısı dəhşətli gecədə həlak ol muşdular. Atan onu uşaq baxçasında yernbəyer etdi.

Faidə birdən xatırladı ki, nənəsi də ikinci dünya müharbəsinə yeddi qardaş yola salıb, biri də geri qayıdmayıb.

Nənə damarları çıxmış əlini ürəyinin başında sıxır, titrək səslə deyir: Hələ müharbə qutrtarmayıb. Ağırdir yaxınları, əzizləri itirmək.

Doğru deyirsən , nənə, müharbə hələ qurtarmayıb. – deyə Faidə onun fikirinə şərik oldu.

-Bilirəm ,əziz balam... Sabah hələ bizi nələr gözləyir bilmirik. Nənə dərindən ah çəkir. Faidə ağzına açıb nəsə soruşmaq istəyir, ancaq soruşmur. Axşam düşür. Faidə gecədən xeyli keçənə qədər, gün ərzində baş verən hadisələri beyninin süzgəəcindən keçirir. Pəncərə önündə dayanıb təbiəti seyr edir. Aylı gecədir. Budaqların arasından ayın süd işığı süzülür., çiçəkdən təzə çıxan meyvələr işıldayır. Soyuq şeh dənələri yarpaqların üzərində görünür, budaqların ucundan təzə soğlar boylanır. Hardassa yuvada quş balası civildəyir, ana quşun qanadının cırpıntısı eşidilir. O, öz balasını qanadının altına alıb sakitləşdirir. Bu zaman ayın üzərinə bulud gəlir, hava qaralır ayın süd işığı azalır. Faidə həyatdan nəzərlərini çəkir. Daha sonra o Sənəm arvadın söylədiklərini xəyallarına gətirir, gah da nənəsinin yadına keçmişi saldığına görə özünü günahkar sayırdı. Meh əsdikcə pəncərənin önündəki çinarın yarpağları öz pıçıltı nəğməsini həzin-0həzin oxumağa başladı. Faidə yarpaqların pıçıltısına diqqətlə qulaq asdı. Bu pışıltı quşların səsləriylə nəğməyə çevrilmiş, - deyə öz özünə düşünürdü. ... Bəs bu çinarın qoynunda quşalar niyə yuva salmayıb. İnşa mövzularına nəzər saldı.

-Ana təbiəti qoruyaq sərbəst mövzusu, Biz sülhə səs veririk, Qəhramanlar ölmürlər, və bir də Xocalı faciəsi, - deyə , mövzuları özü üçün bir bir oxudu.

O, iki mövzuya qısa plan qurdu. “Ana təbiəti qoruyaq” və “Xocalı Facıəsi” nəsə bu mövzularda oxşarlıq axtarırdı. Qələmini masanın üstünə qoyub, azacıq özünə gəlsin deyə su içdi. Birdən “Alabaş ” pəncərənin önündə hürdü.: Haf haf haf

Faidə fikirləşməkdən öz özünü yormuşdu, çarpayısına uzanıb yuxuya getdi.

Artıq səhərdir. .. Anası Faidəni səslədi:

-Qızım, dur, məktəbinin vaxtıdır. Nərminlə , Sevinc zəng etmişdilər ki, hazırlaşsın məktəbə gedək. Faidə yuxulu-yuxulu soruşdu:

-Ana saat neçəduir?

-O cavab verdi: səkkizin yarsı.

Faidə hazırlaşıb qızlarla dərsə yollandı.

Həmişəki kimi dərs qurtardı və qızlar bir azca çinarın altında oturub dincəlmək qərarına gəldilər. Tini dönüb bağa çatanda gördülər ki, Çinarı kəsib və qoşub traktorun arxasına, sürüyüb qoyublar öz yerindən 100 metrə kənara. Yol boyu çinarın sınmış qanadı və yuvalar sənələnmişdi. Yuvalardan tökülən əccəbala quşlar çabalaşır, sınıb tökülmüş yumurtalar toza torpağa yaxılıb.

Kəndin yiyəsis it-pişikləri acgözlüklə yuvalara soxulur qırılan yumurtaları yalayırdılar. Havada otərəf-bu tərəfə uçan ana quşların fəryadı aləmi bürümüşdü.

Faidə gözlərinin yaşını gizlədə bilməyərək, gər səslə danışan – canfəşanlıq edən bir kişiyə üzünü tutub:

-Çinarı kim kəsdi, niyə kəsdi?!,-deyə həyacanla soruşdu.

O , yarıgülümsər cavab verdi:

-Qızım, burda yeməkxana tikdirəcəm, sizə dondurma da, tum da satacam

Bəs , çinarın günahı nəydi, axı , onun əlli yaşı vardı, kəndimizin ən yaşlı ağacı idi, heyfiniz gəlmədi ona?

-Bıy, sən aybala elə danışırsan ki, ... “obyektimin ” ortasına düşürdü.

Birdə camaat Bakının mərkəzində, Heydər Əliyevin əkdirdiyi nadir ağacları kəsib, yerində hündür bina tikir. Ona heç bir söz deyən yoxdur. Ay qızım, heç kürün meşəsində yaşlı ağac qalmayıb. İndi ağac nədi ki, -deyə o heçnə eləməmiş kimi danışırdı.

Faidə öz-özünə, bu cinayətə bir son qoyan olacaq görəsən?! dedi

Heyif çinarın nəğməsi susdu, - deyə deyindi.

Obyekt yiyəsi: Ay Eldar çinarı qoş traktora, apar praramaya, taxta çəkdir lazımdır, - göstərişini verdi.

Çinarı sürüdükcə bir-bir yuvalar ondan düşüb yollara səpələnirdi. Itlər-pişiklər acgözlüklə yuvalara cumurdular. Faidə sürünən ağacın arxasınca baxıb: - buda çinarın faciəsi, - dedi və tələsik addımlarla evlərinə yollandı. Anası əvvəlki kimi Faidəni qarşıladı: Qızım, niyə qanun qaradır.

-Heç ana, birazca yorğunam, - dedi və öz otağına yollandı. Bu hadisə ona pis təsir etmişdi. Hal əhvalı demək olar ki tamam dəyişmişdi. Ona elə gəlirdi ki, o qızdırma içindədir.

İnsanlar havamız və suyumuz olan təbiətə qarşı niyə belə amansızdırlar, deyə düşünürdü. Başı birdən bərk ağrımağa başladı, tənginəfəs oldu. O yaxınlaşıb pəncərəni taybatay açdı. Birdən pəncərənin önündə alabaşın ağzında quş yuvası gördü. Alabaş, alabaş, alabaş – deyə iti səslədi. İt Faidəni görüb üz tutdu baxçaya tərəf. Faidə alabaşın xasiyyətini yaxşı bilirdi. Ağzına nəsə olanda gərək çörək atasan ki, ağzındakını yerə qoya. Tez çörəkqabından çörək götürüb alabaşın dalınca həyata yürüdü.

Ver yuvanı mənə, - dedi. Ala çörəyi!

Alabaş yuvanı Faidənin əyaqlarının yanına qoyub çörəyi iştağla yeməyə başladı. Əlini salıb yuvada salamat qalmış, qanad quyruğunu təzə düzmüş sərçə balasını çıxardı. Quşcığazın qanadının və qıçının biri yüngül əzilmişdi. Başladı onu əzizləməyə - ay yazıq nəymiş sənin günahın.

Tələsmə, böyüyüb sən də pərvazlanarsan, öz yuvan olar... Bir həftə quşcığaza qulluq etdi. Bir həftədən sonra quşcuğaz evdə o tərəf , bu tərəfə uçmağa başladı. Faidənin ağlına bir fikir gəldi.

-Onun yuvasını hansı ağacın başına qoysun?

Hə tapdım, pəncərənin önündəki çinarın başına qoyacam, onun qoynunda yuva yoxdur. Nərdivanın pəncərənin önündəki çinara söykədi. Yuvanı çinarın əlçatmaz yerinə dörd divarın arasına bərkitdi., sonra quşu yuvaya qoyub:

-Qoy heç vaxt çinarın nəğməsi kəsilməsin, -dedi.

Sədaqət Vəlioğlu

Azərbaycan Yazıçılar Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024