Mobil versiya
Zeynəb Xanlarovadan müharibə çağırışı
Tarix: 24-02-2017 | Saat: 17:35
Bölmə:Gündəm | çapa göndər

Zeynəb Xanlarovadan müharibə çağırışı








Bahar Muradova: "Müharibə ilə bağlı qərar Ali Baş Komandanın işidir”


Milli Məclisdə plenar iclasında “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar layihəsi” müzakirə edilən zaman deputat Zeynəb Xanlarova müharibə çağırışı edib. O bildirib ki, Azərbaycan mütləq müharibə etməlidir: “Neçə illərdir ki, Milli Məclisdə hamı çıxış edir. Bəs bu çıxışlar hara gedir? Özümüz deyib, özümüz eşdirik. Gəlin müharibə edək, erməniləri qıraq. Bizimkilər onsuz qırılır da... Baxaq görək, atəşkəs dövründə nə qədər şəhid vermişik?! Onlara baxanda ürəyim parçalanır. Hamısı mənim balalrımdır, bizim övladlarımızdır”-deyə Zeynəb Xanlarova bildirib.

Z.Xanlarova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarının nəticəsizliyini də vurğulayıb. “Bu danışıqlardan sonra nə dəyişir?! Heç nə. Gəlin birdəfəlik müharibə edək də. Ermənilər bizim torpağı işğal ediblər. Bura bizim evimizdir, onlar evimizə giriblər. Gəlin müharibə edib onları məhv edək. Kim nə deyə bilər ki? Biz öz torpağımız uğrunda vuruşuruq. “25 ildir ki, məsələ müzakirə olunur, amma atalar demişkən dəyirman öz işindədir. Hər gün ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Hər şəhid mənim övladım kimidir. Nə vaxta qədər dözməliyik axı?! Nə qədər Xocalı haqqında danışmalıyıq?!”.

Bahar Muradova: "Müharibə ilə bağlı qərar Ali Baş Komandanın işidir”

Vitse-spiker Bahar Muradova isə deyib ki, müharibə etmək, sülh istəmək onu necə həyata keçirmək adamların dünyagörüşü, həyata baxışı onun qəlbindən gələn şəkildə ifadə oluna bilər. “Bir müddət əvvəl Azərbaycan və Ermənistanın tanınmış şəxslərinin iştirakı ilə sülh platforması yaradılıb. Hörmətli Zeynəb Xanlarova da həmin platformanın üzvüdür. Təbii ki, müharibə də sülh yaratmanın tərkib hissəsi ola bilər. Amma bir qayda olaraq, siyasətçilərin işi olduğu kimi, hərb də hərbçilərin işidir. Biz müxtəlif məsələlər haqqında fikirlərimizi bildirə bilərik. Lakin müharibə ilə bağlı qərar Ali Baş Komandanın işidir və Ali Baş Komandan bu qərarı Lələ təpəni alacağına əmin olduğu zamanı verir. Buna görə də gəlin nə xalqımızın, millətimizin torpağımızın işğal olunması ilə bağlı keçirdiyi hissiyyatları şübhə atına alaq, nə də bu vəzifəni daşıyan yüksək rəsmilərin qərar verməsinə hanısa tərəflərin rəyindən asılı olduğuna dair fikir formalaşdıraq”.

O bildirib ki, Azərbaycan prezidenti beynəlxalq konfranslardakı çıxışları ilə nə qədər qətiyyətli lider olduğunu göstərdi: “Buna görə də hər kəs əmin olsun ki, Azərbaycan prezidenti sülh danışıqları aparmaqla yanaşı, ölkəmizi ərazilərimizin hərbi yolla alınmasına da hazırlayır. Hər gün övladlarımızın şəhid olması bizimlə yanaşı, Azərbaycan prezidentini də narahat edir. Şəhidlərimizlə yanaşı, Çingiz, Mübariz kimi qəhrəman oğullarımızın sayının artmasını da unutmamalıyıq. Biz bədgüman olmamalı, Xocalı, eləcə də digər həqiqətlərimizlə bağlı həm ölkəmizdə, həm də ölkədən kənarda danışmalıyıq. Əgər bu danışıqlar olmasaydı, beynəlxalq ictimaiyyətdə, ayrı-ayrı parlamentlərdə Xocalı ilə bağlı qərarlar qəbul edilməzdi”.

B.Muradova qeyd edib ki, Xocalı işğaldan azad edilsə belə, bu faciə haqqında danışılacaq:
“Bu faciəni unutmaq olmaz. Biz erməni vəhşiliyi obrazını ölməyə qoymamalıyıq. Bu baxımdan hesab edirəm ki, zamanında hanısa addımlar atmaq lazımdırsa, onu siyasət və danışıqlarla möhkəmləndirməliyik. Artıq ABŞ-ın 23-cü ştatı da Xocalını soyqırımı kimi qəbul edib. Mən əminəm ki, Azərbaycan dövlətinin məsələnin siyasi və ideoloji tərəfini daim gündəmdə saxlaması siyasəti tamamilə doğrudur. Biz də Azərbaycan xalqı olaraq bu siyasətin möhkəmləndirməsinə öz töhfəmizi verməliyik. Xocalıda baş verən hadisə insanlığa utancdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024