Mobil versiya
İsrailin fantastik silahı: `Dəmir Günbəzdən` sonra `Dəmir Şüa` - VİDEO
Tarix: 24-02-2017 | Saat: 16:28
Bölmə:Media / Aia TV | çapa göndər

İsrailin fantastik silahı: `Dəmir Günbəzdən` sonra `Dəmir Şüa` - VİDEO


İsrail Müdafiə Ordusu (İDF) ölkə sərhədlərində dünyada ilk dəfə lazer əsasında hava hücumunda müdafiə sistemi quraşdırmağa hazırlaşır.

AzVision.az xəbər verir ki, “Dəmir şüa” (Iron Beam) adlı yeni sistem İsrail ordusunun podratçısı Rafael Advanced Defense Systems şirkəti tərəfindən yaradılıb.
Yeni sistem Çaxal ordusunun imkanlarını artıraraq onlara Fələstinin “Həmas” təşkilatının atdığı raketləri lazer köməyi ilə məhv etmək imkanı verəcək. İsrail KİV-nin yazdığına görə yeni sistem, həmçinin İsrailin məşhur “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi üçün trayektoriyası az olan minaatan bombalar, kiçik məsafəli raketləri və artilleriya mərmilərini “milçək kimi vurmaq” iqtidarına malikdir.

Hər iki sistem “Dəmir günbəz” və “Dəmir şüa” İsrail Müdafiə Ordusu tərəfindən maliyyələşdirilən və ABŞ tərəfindən zəmanət verilən “Rafael Advanced Defense Systems Ltd” şirkəti tərəfindən yaradılıb.

“Rafael Advanced Defense Systems Ltd” şirkətinin rəsmisi “Daily Mail”-ə bildirib ki, yeni sistem lazer sahəsində davam edən beş illik araşdırmaların nəticəsidir.

“Yeni sistem “Ulduz müharibələri”ndəki futuristik texnologiyanın real versiyasıdır. Bu olduqca dəqiq və istənilən zərərdən yayınmağa imkan verən texnologiyadır... Siz lazerlərdən istifadə edirsinizsə, deməli limitsiz darağınız var”, - deyə şirkətin mətbuat katibi Amit Zimmer bildirib.

AİA.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024