Mobil versiya
Erməni deputatlar arasında `razborka` - Samvel başından vuruldu
Tarix: 24-02-2017 | Saat: 10:10
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Erməni deputatlar arasında `razborka` - Samvel başından vuruldu

Erməni deputatlar arasında qarşıdurma yaşanıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Respublikaçılar partiyasının qərargahında deputatlar arasında dava olub. Məlumata əsasən Araratdan olan deputat Arayik Qriqoryan (Avşar Arayik) respublikaçı Masis şəhərində seçki qərargahı açıb. Onun seçki qərargahı digər respublikaçı namizəd Murad Muradyanın qərargahının qarşısında yerləşir. Bu isə Murad Muradyanın xoşuna gəlməyib.

Razılaşmaya görə, Masis şəhəri Muradyanın nəzarəti altında olmalı idi. Arayik razılaşmanı pozduğundan Muradyan onu cəzalandırmaq qərarına gəlib.

O, Arayikin qərargahına öz adamlarını göndərib. Muradyanın adamları bir neçə maşınla qərargaha daxil olub və bundan sonra dava başlayıb. Seçki qərargahının məsul şəxsi Samveli döyüb başından yaralayıblar.

Arayik Qrigoryan isə Muradyanın qərargahına daxil olaraq onun bu hərəkətinin cəzasız qalmayacağını deyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024