Mobil versiya
Bakıda həbs ediləcəyini düşünən qadın zəhər içdi
Tarix: 23-02-2017, 19:38 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bakıda həbs ediləcəyini düşünən qadın zəhər içdi

Bakıda həbs ediləcəyini düşünən qadın intihara cəhd edib.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, 3 qadına qarşı ümumilikdə 70 min manat dələduzluq etməkdə təqsirləndirilən Dilavər Məmmədova yaşadığı Xırdalan şəhərində zəhər içərək canına qəsd etmək istəyib.

Yaxın qohumların onun intihar etməsindən xəbər tutublar. O, tez bir zamanda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Əldə etdiyimiz məlumata görə, hazırda Dilavər Məmmədovanın cinayət işi üzrə iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun icraatında davam edir.

Dilavər Məmmədova barəsində istintaq dövründə də həbs-qətimkan tədbiri seçilməyib. Prosesdə çıxışlar mərhələsidir. Prokuror onun barəsində olan heç yerə getməməklə bağlı qətimkan tədbirinin dəyişdirilməsini və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Yaxın günlərdə D.Məmmədova barəsində hökm oxunacağı gözlənilirdi.

Dilavər Məmmədovanın vəkili Tural Süleymanov sayta açıqlamasında müdafiə etdiyi şəxsin intihara cəhd etməsini təsdiqləyib: "Qohumları bu barədə məni məlumatlandırıb. Onu deyə bilərəm ki, Dilavər Məmmədova bundan qabaq da intihara cəhd edib. Cinayət işi üzrə araşdırma başlanan zaman da Dilavər Məmmədova özünü asmağa cəhd edib. O zamanda həyatını xilas etmək mümkün olub".

Onu da qeyd edək ki, Dilavər Məmmədova qızıl-zinət əşyaların satışı ilə məşğul olub.

AİA.az



5315 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031