Mobil versiya
Kıvanç, Beren və Çağatayın fanatları birləşdi
Tarix: 23-02-2017 | Saat: 19:17
Bölmə:Dünya | çapa göndər

Kıvanç, Beren və Çağatayın fanatları birləşdi

Tanınmışların fanatları dünyada bir ilkə imza ataraq xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək üçün yardım kampaniyasına başlayıblar.

AİA.Az axşam.az-a istinadən bildirir ki, 22 məşhurun fan qrupları yardım üçün qonşu ölkədə hər il ənənəvi olaraq 23 apreldə keçiriləcək Uşaq bayramına qədər bir-birləri ilə rəqabətə girəcəklər.

Çağatay Ulusoydan Fahriye Evcenə, Beren Saatdan Kıvanç Tatlıtuğa qədər məşhurların milyonlarla fanatı "Bir uşağın gülə bilməsi dünyalara dəyər" şüarı ilə Uşaq Onkoloji Xəstəxanası üçün 200 min lirə yardım toplamağa çalışacaq.

Belə ki, hər fan qrupu təmsil etdikləri məşhuru ifadə edən bir qısaltma istifadə edəcək. Layihəyə dəstək vermək istəyənlər isə həmin qısaltmanın yanına öz ad və soyadlarını yazaraq SMS şəklində təyin olunmuş nömrəyə göndərəcəklər. Hər həftə məktub sayları açıqlanacaq və ondan gələn gəlir uşaqların sağalması üçün xərclənəcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024