Mobil versiya
"Lotu Quli"nin yeznəsinin işi ağırlaşdırıldı
Tarix: 23-02-2017 | Saat: 17:33
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

"Lotu Quli"nin yeznəsinin işi ağırlaşdırıldı

Hazırda həbsxanada cəza cəkən "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun bacısının ərinin məhkəməsi başlayır.

AİA.Az xəbər verir ki, bu barədə lent.az-a onun vəkili Kamandar Nəsibov məlumat verib.

Vəkil bildirib ki, Nadir Səlifovun yeznəsi Vidadi Hüseynov külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində təqsirləndirilib.

Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Vəkil, həmçinin onu da qeyd edib ki, ilk öncə, bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb: "O zaman müdafiə etdiyim şəxs barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə ittiham verilmişdi. Məhkəmə dövründə prokurorluq tərəfindən vəsatət verildi. İş yenidən istintaqa qaytarıldı. İstintaq işi daha da ağırlaşdırdı və müvəkkilim barəsində Cinayət Məcəlləsinin 234.4 3 (külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham verildi".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024