Mobil versiya
Allahşükür Paşazadə Gürcüstana gedəcək
Tarix: 23-02-2017, 17:21 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Allahşükür Paşazadə Gürcüstana gedəcək

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya arasında telefon danışığı olub.

Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

QMİ sədrinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Şeyxülislam A.Paşazadə Qafqazın ağsaqqal dini liderinin səhhəti, əməliyyat sonrası əhvalı ilə maraqlanıb. Qardaşı II İliya həzrətləri üçün Uca Allaha dualar etdiyini bildirən Şeyxülislam A.Paşazadə Patriarxın səhhətinin qaydasında olmasından və Azərbaycan dindarlarının salamlarını ona yetirməkdən məmnun olduğunu dilə gətirib. Şeyxülislam ən yaxın zamanda – qarşıdakı həftələrdə II İliya həzrətlərini ziyarət etmək üçün Gürcüstana gedəcəyini Patriarxın diqqətinə çatdırıb.

Söhbət əsnasında Şeyxülislam A. Paşazadə II İliya həzrətlərinə Azərbaycanda elan olunmuş İslam Həmrəyliyi ili çərçivəsində QMİ tərəfindən keçiriləcək Beynəlxalq Konfrans barədə məlumat verib, gürcü Patriarxlığına da dəvət göndərildiyini xatırladıb. Patriarx II İliya məmnuniyyətlə konfransda təmsil olunacaqlarını, onun işində yaxından iştirak edəcəklərini bildirib, Konfransın ünvanına təbrik məktubu ünvanlayacağını diqqətə çatdıraraq tədbirə uğurlar diləyib.

Telefon bağlantısı zamanı Patriarx II İliya həzrətləri Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya səmimi salamlarını çatdırmağı Şeyxülislamdan rica edib Mehriban xanımın ali məqama təyin olunması münasibətilə xeyir-dualarını bildirib.

AİA.az



5327 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031