Mobil versiya
Türkiyə ABŞ-dan Gülənin təcili ekstradisiyasını tələb edir
Tarix: 23-02-2017, 17:13 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Türkiyə ABŞ-dan Gülənin təcili ekstradisiyasını tələb edir

Türkiyə ABŞ-a yenidən müraciət edrək FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiya edilməsini tələb edib.

AİA.az “Anadolu” agentliyinə sitinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyə naziri Bəkir Bozdağın amerikalı həmkarı Ceff Seşnsiyə göndərdiyi məktubda qeyd edilib.

Nazir bildirib ki, Türkiyə xalqı və dövləti Gülənin ekstradisiya ediləcəyi günü gözləyir. Onun sözlərinə görə, iki ölkənin Ədliyə Nazirliyinin gündəmində olan mövzu ABŞ-ın Pensilvaniya ştatında yaşayan, FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiya edilməsidir:

“Gülənlə əlaqəli müvəqqəti həbs və ekstradisiya edilməsinə dair tələblərimiz nazirliyinizə təqdim edildikdən sonra istənilən əlavə sənəd və dəlillər də dərhal göndərilmişdir. Gülənin qaytarılması iki ölkə əlaqələrinə töhvə verəcək”-deyə məktubda bildirilib.

Nazir əlavə edib ki, iki ölkə arasındakı razılaşmalar nəzərə alınaraq FETÖ terror təşkilatının lideri Fətullah Gülənin müvəqqəti həbs edilməsi və ya dərhal Türkiyəyə qaytarılmasına dair addımların təcili atılması böyük əhəmiyyət kəsb edir.

AİA.az



5347 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-10-2019
14-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031