Mobil versiya
23 fevral hələ də bu ölkələrdə qeyd olunur...
Tarix: 23-02-2017 | Saat: 15:58
Bölmə:Media / Aia TV | çapa göndər

23 fevral hələ də bu ölkələrdə qeyd olunur...


Fevralın 23-ü keçmiş SSRİ-də ordu günü kimi qeyd olunurdu. Həmin gün Bakıdan Vladivostoka, Kalininqraddan Daşkəndə qədər nəhəng Sovet ölkəsinin vətəndaşları bir-birini təbrik edirdilər.

Bu bayramın tarixi 1918-ci ilin 23 fevralında baş verən hadisələrlə bağlıdır. Həmin tarixdə yenicə formalaşmaqda olan Qırmızı Qvardiya hissələri (gələcək Qırmızı Ordu) Pskov yaxınlığında almanlarla üz-üzə gəlmişdi. Qırmızı Qvardiya ilk dəfə iştirtak etdiyi döyüşdə almanların hücumunu müvəffəqiyyətlə dəf edə bilmişdi. Məhz bu ilk qələbədən sonra - 1923-cü ildə Sovet İttifaqı qurulduqda 23 fevralı Qırmızı Ordunun yarandığı gün kimi qeyd etməyə başladılar.

1923-1946-cı illərdə 23 fevral tarixi “Qırmızı Ordu və Donanma Günü”, 1946-1993-cü illərdə isə “Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü” kimi qeyd olunmağa başladı.

Sovet İttifaqının dağılmasından sonra müttəfiq respublikaların əksəriyyəti öz Milli Ordu gününü qeyd etməyə başlasalar da, bəzi ölkələr sovet ənənəsini qoruyub-saxladılar. Belə ki, bu tarix Rusiyada “Vətən Müdafiəçiləri Günü” adı ilə dövlət bayramıdır.

Bundan başqa, Belarus, Qırğızıstan və Tacikistan da 23 fevralı qeyri-iş günü kimi rəsmi səviyyədə qeyd edir.

Azərbaycanın da daxil olduğu digər postsovet respublikalarında isə 23 fevral günü əhalinin bir hissəsi tərəfindən qeyri-rəsmi bayram kimi qeyd edilir. Bunu qeyd edənlər isə əsasən yaşlı nəsildir...

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024