Mobil versiya
«Ağ ölümə yox» layihəsinin yekun tədbiri baş tutub
Tarix: 23-02-2017 | Saat: 15:01
Bölmə:Gündəm | çapa göndər

«Ağ ölümə yox» layihəsinin yekun tədbiri baş tutub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Ağ ölümə yox» layihəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq gənclərin iştirakı ilə layihənin yekun tədbiri keçirilib.
Layihənin rəhbəri Qəmər Cəfərova tədbiri açıq elan edərək qonaqları salamlayıb və layihə haqqında ümumi məlumat verərək qeyd edib ki, layihə müddətində keçirilən təlimlər hər bir gəncin gələcək həyatında əhəmiyyətli rol oynayacaq.
Yekun tədbirdə gənclərlə ağ ölümün fəsadları , insan həyatında yaratdığı bədbəxtliklər və gələcək nəsilləri bu bəladan azad etməyin yolları müzakirə olunub.
Yekun olaraq layihədə iştirak etmiş fəal gənclər Fəxri Fərmanlarla mükafatlandırılıb.
Son olaraq layihə rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və tədbirdə iştirak edən bütün gənclərə öz minnətdarlığını bildirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024