Mobil versiya
Cocuq Mərcanlıda tikinti başlayır - Ərazi minalardan təmizlənib
Tarix: 23-02-2017 | Saat: 12:54
Bölmə:Gündəm / Manşet | çapa göndər

Cocuq Mərcanlıda tikinti başlayır - Ərazi minalardan təmizlənib

“Cocuq Mərcanlı kəndində tikilməsi nəzərdə tutulan 50 evin ərazisi və həyətyanı sahəsi tam təmizlənib”

AİA.az xəbər verir ki, bunu AzVision.az–a ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov deyib. A.Aslanov bildirib ki, inşaat şirkətlərinə tikinti üçün icazə verilib:

“Tikiləcək evlərin yerləri artıq Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən pasportlaşdırılıb. Tikinti şirkətləri evlərin tikiləcəyi yerlərdə planlama işləri aparırlar. Cocuq Mərcanlı kəndində məktəbin tikiləcəyi yer və onun ətrafı üçün ərazi tam təmizlənib. Artıq məktəbin tikintisi üçün özül qazılıb. İnşaatçılar tam təhlükəsiz şəkildə orada çalışırlar”.

Baş əməliyyat mütəxəssisi qeyd edib ki, Cocuq Mərcanlı kəndində növbəti evlərin tikilməsi nəzərdə tutulub və ANAMA həmin evlərin ərazisinin təmizlənməsi işlərinə başlayıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024