Mobil versiya
Kamran Ağayev yenə cəzalandırıldı
Tarix: 22-02-2017 | Saat: 17:18
Bölmə:İdman | çapa göndər

Kamran Ağayev yenə cəzalandırıldı

Millimizin üzvü Kamran Ağayev "Boavişta"nın növbəti oyununda da iştirak edə bilməyəcək.

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. Belə ki, cəza müddəti başa çatdıqdan sonra əsas heyətdə yerini itirən futbolçu ötən gün tibbi müayinədən keçib.

Müayinədən sonra 31 yaşlı qolkiperin əzələsində problem olduğu üzə çıxıb. Həkimlər onun həftəsonu XXIII tur oyununda meydana çıxmamasını məsləhət görüblər.

Qeyd edək ki, "Boavişta" növbəti tur çərçivəsində fevralın 26-da öz meydanında "Portu"nu qəbul edəcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə