Mobil versiya
Sevgilisi çılpaq FOTOlarını yaydığı üçün bu mesajı yazıb İNTİHAR ETDİ
Tarix: 22-02-2017 | Saat: 16:25
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Sevgilisi çılpaq FOTOlarını yaydığı üçün bu mesajı yazıb İNTİHAR ETDİ


Hollandiyada 15 yaşlı Onur Hakan Cücü adlı türkiyəli gənc köhnə sevgilisi çılpaq fotosunu sosial şəbəkədən paylaşınca binanın damından atlayaraq intihar edib.

AİA.Az Milliyet-ə istinadən xəbər verir ki, Hollandiyanın Ensçede şəhərindəki Bonhoeffer kollecinin 15 yaşlı 3-cü sinif şagirdi Onur Hakan Cücü ailəsinin evinə yaxın bir binanın damından atlayaraq intihar etdi. Türk gəncinin ölüm xəbəri şəhəri yasa boğub. Polis hadisə haqqında istintaq başladıb. Sonuncu dəfə sevgilisiylə mesajlaşan Cücünun son sözləri "Səni çox sevdim. Mən gedirəm, salamat qal. Hər şey üçün üzr istəyirəm. İnternetimi də bağlayıram, istədiyini göndərə bilərsən" olub.

İntihar sonrası Cücünün Ensçedenin Deppenbroek ərazisindəki evləri başsağlığı ziyarətinə dönüb. Cücünün məktəb yoldaşları fotonu yayan şəxsin Bonhoeffer kollecinin keçmiş qız şagirdi olduğu və hətta bəzilərinin qızla əlaqə quraraq niyə belə bir şey etdiyi ilə bağlı suallar verdikləri və qızın həmin fotoları yaydığına peşman olduğu haqda məlumatlar yayılıb.

Onur Hakan Cücünün cənazəsinin Türkiyədə dəfn ediləcəyi ifadə edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024