Mobil versiya
Əlil tələbələr təhsil haqqından azad edildilər
Tarix: 22-02-2017 | Saat: 15:33
Bölmə:Təhsil / Karusel | çapa göndər

Əlil tələbələr təhsil haqqından azad edildilər

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud olan I və II qrup əlil tələbələri təhsil haqqından azad edib.

AzVision.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, uzun illərdir ki, sağlamlıq imkanları məhdud olan uşaqların təhsili ilə yaxından məşğul olur: “Onların təhsil haqqını ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim.

Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva da məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi başda nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb, işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.

Bu günTəhsil Nazirliyi daha böyük bir addım atdı. Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən 15-ə qədər hazırda təhsil alan tələbələrin siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələr də var idi.

Bu gün həmin tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bununla bağlı onda məlumatın olmadığını, məsələnin araşdırıldığını bildirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024