Mobil versiya
"Çudo Peçka" tamamilə çökür - Maaşları kim verəcək?
Tarix: 22-02-2017 | Saat: 13:17
Bölmə:Gündəm / Karusel | çapa göndər

"Çudo Peçka" tamamilə çökür - Maaşları kim verəcək?

Bir zaman qənnadı məhsulları və fast-fud üzrə Azərbaycandakı ən geniş şəbəkə olan "Çudo Peçka" mağazalarının artıq cəmi bir filialı - Ağa Nemətulla küçəsindəki - fəaliyyət göstərir.

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, belə olduğu təqdirdə şirkətin xeyli əməkdaşı işsiz qalıb. Onlar 8 aydan çoxdur ki, maaşlarını da ala bilmirlər. 2009-cu ildən Binəqədi rayonu, Cəfər Xəndan 36 A küçəsində yerləşən "Çudo peçka" mağazasında çalışan İmran Rzayev də aylardır maaşını ala bilməyənlərdəndir. Redaksiyamıza dəfələrlə müraciət edən İ.Rzayev heç bir qurumun onlara kömək etmədiyini, çox çətin vəziyyətdə qaldığını bildirib:

"Artıq bilmirik nə edək. 700-dən çox işçiyik, müraciət etmədiyimiz yer qalmayıb. Baş ofis Vergilər Nazirliyi tərəfindən vergi borcuna görə bağlanıb. Şirkətin rəhbəri Anar Cəlilovu heç kim tapa bilmir. İş məhkəmədədir, ancaq məhkəmənin də necə getməsi sual altındadır. Çox çarəsiz vəziyyətdə qalmışıq".

"Qafqazinfo" bir neçə gündür, şirkətlə əlaqə saxlamağa çalışsa da, bu, mümkün olmayıb. Saytda göstərilən nömrələrin heç biri cavab vermir.

Qeyd edək ki, şirkət son aylarda ciddi maliyyə sıxıntısı yaşayır və bu ay "Əhmədli", "Neftçilər" və "28 May" stansiyalarının yaxınlığında yerləşən mağazalarının fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024