Mobil versiya
125 kiloluq qapıçıya supermaktetdən iş təklifi gəldi
Tarix: 22-02-2017 | Saat: 11:42
Bölmə:İdman | çapa göndər

125 kiloluq qapıçıya supermaktetdən iş təklifi gəldi

"Sutton Yunayted" İngiltərə Kubokunun 1/8 final mərhələsində "Arsenal"a qarşı oyunda piroq yeməsi ilə diqqət mərkəzinə düşən ehtiyat qapıçı Ueyn Şounun müqaviləsinə xitam vermək istəyir. Amma 125 kq çəkisi olan qolkiper böyük ehtimalla işsiz qalmayacaq.

AİA.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə supermarketlərindən biri ona piroq dequstatoru işini təklif edib.

"Onun piroqa məhəbbətindən təsirləndik. Yaxşı piroq qarnını bərkitməyin ən sadə yoludur. Hətta karyeranın ən mühüm oyunu zamanı da", - marketin sahibi Tess Kellahan deyib.

Qeyd edək ki, İngiltərə Futbol Assosasiyası (FA) qapıçının piroqu mərc səbəbindən yediyinə görə onu cəzalandırmağa hazırlaşır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024