Mobil versiya
Əli Əhmədov Malena Mardla görüşüb
Tarix: 21-02-2017, 19:09 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Əli Əhmədov Malena Mardla görüşüb

Baş nazirin müavini Əli Əhmədov Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mardı qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, M. Mard təmsil etdiyi qurumla Azərbaycan Respublikası arasında əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayaraq, Avropa İttifaqının prinsip və dəyərlərinə hörmətlə yanaşan Azərbaycanın Avropada gedən qlobal proseslərdə, xüsusən enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakından məmnunluğunu bildirib.

Aİ ölkələrinin Azərbaycandan qida məhsullarının ixracına da maraq göstərdiyini diqqətə çatdıran səfir təmsil etdiyi qurumun gələcəkdə də regionların inkişafı üçün zəruri olan proqramlara dəstək verəcəyini nəzərə çatdırıb.

Azərbaycan üçün sosial siyasətin prioritet təşkil etdiyini bildirən baş nazirin müavini Əli Əhmədov, əhalinin rifahı naminə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında prezident İlham Əliyevin xüsusi fərman imzaladığını xatırladıb. Bu baxımdan ərzaq sektoruna, o cümlədən, aqrar sahəyə göstərilən diqqət və qayğı, sahənin inkişafı üçün hökumətin qəbul etdiyi qərar və sərəncamlar, fermerlərə güzəştli kreditlərin verilməsi, həyata keçirilən digər islahatlar barədə qonağa ətraflı məlumat verən Ə. Əhmədov, əhalinin sağlamlığı və qida məhsulları ilə etibarlı təminatı üçün sözügedən fərmandan irəli gələn məsələlərin icrası məqsədilə Qida Təhlükəsizliyi Komissiyasının artıq zəruri işlərə başladığını deyib. Azərbaycanda həyata keçirilən layihələrə Avropa ittifaqının göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Ə. Əhmədov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün hökumət tərəfindən bütün zəruri addımların atılacağını söyləyib.

Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

AİA.az



5400 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-09-2019
12-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30