Mobil versiya
Ermənistan Azərbaycana nə qədər zərər vururb - CƏDVƏL
Tarix: 21-02-2017 | Saat: 15:54
Bölmə:Cəmiyyət | çapa göndər

Ermənistan Azərbaycana nə qədər zərər vururb - CƏDVƏL

Ermənistanın Azərbaycana vurduğu zərərlərin yekun məbləği açıqlanıb.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi qrupundan Trend-ə verilən məlumata görə, İşçi qrupu tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərlərin yekun məbləği 819,15 milyard ABŞ dolları həcmindədir.

S/s
İtki və tələfatların növləri
Dəymiş zərərin məbləği (mlrd. ABŞ dolları)
1.
Əhaliyə dəymiş zərərlər:
147,80
1.1. Əhalinin tələf olma, sağlamlığın və normal yaşayışın səviyyəsinin itirilməsi hesabına humanitar-mənəvi itkilər
140,40
1.2 Əmlakının məhv edilməsi nəticəsində əhaliyə dəymiş maddi zərərlər
7.40
2.
Dövlətə dəymiş zərərlər:
126,46
2.1. Sosial sahədə dəymiş zərərlər
33,93
2.2. İqtisadi sahədə dəymiş zərərlər
92,53
3.
Ətraf mühit və təbii sərvətlər üzrə itkilər
244,42
4.
Tarixi və mədəniyyət abidələrinə dəymiş zərərlər
177,00
5.
İşğalla bağlı izafi hərbi xərclər, məhdudiyyətlər və itkilər
124,47
İşçi qrupunun qiymətləndirmə fəaliyyətinə dair yekun hesabat hazırlanaraq aidiyyəti orqanlara təqdim olunacaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024