Mobil versiya
`Mənə inanan insanların etimadını doğrultmağı bacaracağam`
Tarix: 21-02-2017 | Saat: 14:40
Bölmə:Gündəm / Karusel | çapa göndər

`Mənə inanan insanların etimadını doğrultmağı bacaracağam`

“Hörmətli cənab Prezident mənə göstərdiyiniz yüksək etimada görə, sizə dərin minnətdarlığımı bildirirəm. Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, sizin, cənab prezident və bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracağam".

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

Mehriban Əliyeva bildirib: "Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətlərə görə təşəkkürümü bildirirəm, belə bir qiymətə layiq olmaq böyük bir şərəfdir. Sadaladığınız hər bir uğurun, hər nailiyyətin arxasında sizin köməyiniz, sizin dəstəyiniz durur. Keçmiş illər ərzində sizin dövlətçilik idealarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradəylə, cəsarətlə qorumağınız, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanların fəaliyyətinini istiqamətləndirən bir nümunədir ".


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024