Mobil versiya
Bakıda silsilə cinayət törədən dəstə saxlanılıb - FOTO
Tarix: 25-09-2015 | Saat: 13:13
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Onlar öz cinayət əməllərini mobil telefona çəkiblər.

Yasamal polisi paytaxtın müxtəlif yerlərində ayrı-ayrı vətəndaşlara qarşı quldurluq etmiş dəstəni saxlayıb.

Aia.az -ın APA-ya istinadən məlumatına görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dəstə üzvləri Xikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf Əlimuxtarov və İbadulla Əlimuxatrov qardaşları saxlanılıblar. İlkin dindirilmə zamanı məlum olub ki, dəstənin başçısı əvvəllər məhkum olunmuş, Yasamal rayon sakini 18 yaşlı Xikmət Fikrət oğlu İsgəndərov Bədəlov Əli Mahmud oğluna və Süleymanov Fuad Əli oğluna qarşı bıçaqla hədələməklə soyğunçuluq edib.

Dəstə üzvləri dindirilmə zamanı Yasamal rayonu, Şərifzadə küçəsində avtobus sürücüsü və köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər. Bundan başqa onlar Orucov Şamxal İbrahim oğlundan ona məxsus mobil telefonu dələduzluq edərək götürüblər.

Saxlanılan Xikmət İsgəndərovun telefonuna baxış keçirərkən onun cinayət əməllərini mobil telefonuna çəkdiyi də məlum olub.

Quldur dəstənin əməllərindən zərər çəkənlərdən Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət etmələri xahiş olunur.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024