Mobil versiya
Səhiyyə naziri korrupsiya ilə mübarizəni gücləndirir
Tarix: 20-02-2017, 13:34 | Saat: 15:47:00
Bölmə:Səhiyyə / Manşet | çapa göndər

Səhiyyə naziri korrupsiya ilə mübarizəni gücləndirir

Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmr imzalanıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, əmrdə Səhiyyə Nazirliyinin idarə və müəssisələrin rəhbərlərinə imtiyazlı əhali qruplarına və dövlət (tədbirlər) proqramları çərçivəsində verilməsi nəzərdə tutulan dərmanların buraxılması üzərində ciddi nəzarətin təmin edilməsi, tibbi fəaliyyətin bütün sahələrində şəffaflığın artırılması, səhiyyə müəssisələrinə ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi, qanunvericiliyə uyğun olaraq dərman preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tibbi kadrların işə qəbulu və diplomdan sonrakı hazırlığı məsələlərin həyata keçirilməsində şəffaflığın daha da artırılması üçün tədbirlərin görülməsi tapşırılıb.

Əmrdə Səhiyyə Nazirliyinin səlahiyyətli şöbə və sektor rəhbərlərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar əhalidən neqativ hallar barədə daxil olan şikayətlərin daha ciddi araşdırılması tapşırılıb.

Əmrin müzakirəsi, icra mexanizminin hazırlanması məqsədi ilə Səhiyyə Nazirliyində müvafiq şöbələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Tədbirdə əmrin zəruriliyinə toxunulub, zəruri addımların atılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi üçün müzakirələr aparılıb və qərarlar qəbul edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə” əmr Prezidenti Administrasiyasının 05.01.2017-ci il tarixli 2/11 nömrəli tapşırığına əsasən imzalanıb.

AİA.az



51 129 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-11-2019
18-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930