Mobil versiya
Azərbaycanda kabellərə qənim kəsilən şəxslər tutulub
Tarix: 20-02-2017 | Saat: 12:46
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycanda kabellərə qənim kəsilən şəxslər tutulub

Azərbaycanda kabelləri oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 18-də Ağdaş rayon Polis şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də "Azərtelecom" MMC-yə məxsus 100 metr kabeli kəsərək oğurlamaqda şübhəli bilinən Yuxarı Qəsil kənd sakini Natiq Hüseynov tutulub.

Bundan başqa, Şirvan ŞPŞ əməkdaşları tərəfindən fevralın 14-də şəhər ərazisindəki evlərdən birindən 800 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Raqif Nəzirov tutulub.

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bu il fevralın 18-nə keçən gecə rayon ərazisindəki evlərdən birinin zirzəmisindən 2 ədəd perferator, samovar, ütü və 200 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini Şaməddin Əliyev tutulub.

Ondan 1,215 qram heroin də götürülüb.

Fevralın 19-da isə Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 17-də rayon ərazisindəki evlərdən birinin həyətindən 400 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini Bəhlul Xəlilov tutulub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024