Mobil versiya
Müştərini aldadaraq manat kreditini dollara çeviriblər
Tarix: 19-02-2017 | Saat: 20:58
Bölmə:Karusel | çapa göndər

Müştərini aldadaraq manat kreditini dollara çeviriblər







Banklar adətən dollarla olan kreditləri manata çevirir. Mingəçevir sakini isə iddia edir ki, bankdan onu aldadıb manatla olan kreditini dollara çeviriblər. 3 min manat olan borcu 7 min dollara qədər artıb.

Müştərini aldadaraq kreditini dollara çeviriblər.

aia.Az xezerxeber.az-a istinadən bildirir ki, Mingəçevir sakini Şölə İsrafilova 4 il əvvəl bankdan 3 min manat kredit götürüb. 2 il ərzində hər ay 114 manat pul ödəyib. Amma ödənişi etməkdə çətinlik çəkdiyini deyərək yenidən banka müraciət edib ki onun ödəmə qrafikinə yenidən baxılsın. Şölə İsrafilova iddia edir ki onun guya qrafikinə dəyişklik etmək adı ilə aldadıblar.

Yeni sənəddə Şölə İsrafilovaya kreditin manatla yox, dollarla verildiyi göstərilib.

Banka müraciət etdikdə isə, Şölə İsrafilovaya bildirilib ki, kreditin bu cür qrfaikə bank işçisinin təklifi əsasında salınıb. Müştəri isə imzası ilə təsdiq etdiyi üçün borc dollarla ödənilməlidir.

İndi 3 min manatlıq kredit artaraq 7 min dollara çatıb. Hər ay da Şölə İsrafilovanın maaşından 120 manat pul tutulur. Məsələ ilə bağlı ekspertlər bildirirlər ki, Şölə İsrafilova aldadıldığını bildiyi vaxt banka rəsmi şəkildə müraciət etməli idi. Bu müraciəti məktub və ya elektron poçtla da etmək olardı. Bank müraciətə baxmadıqda isə Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət etmək hüququ var idi. Həmçinin bank onun maaş kartından pul tutmaq üçün məhkəməyə müraciət etdikdə də orada iştirak edərək aldadıldığını bildirməli idi. Hazırda isə məhkəməyə müraciət etsə də heç bir müsbət nəticə gözlənilmir. Çünki vətəndaş müqavilənin imzalandığı vaxtdan 1 il ərzində iddia qaldıra bilərdi. Həmin müddət isə dolub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024