Mobil versiya
Qaydalar daim pozulur, ancaq cəza verilmir
Tarix: 19-02-2017 | Saat: 20:52
Bölmə:Karusel | çapa göndər

Qaydalar daim pozulur, ancaq cəza verilmir









Ukrayna dairəsinin yaxınlığında marşrut avtobusları qoşa xəttin tələbini mütəmadi olaraq pozmaqla hərəkət edirlər. Maraqlıdır ki, buna görə onlar heç vaxt cərimə olunmadıqlarını deyirlər. Halbuki ərazidən müşahidə kamerası da var.

Aia.Az xezerxeber.az-a istinadən bildirir ki, yol nişanı ancaq sağa hərəkəti göstərsə də avtobuslar bu nişanı nəzərə almadan qoşa xəttindən üzərindən keçib gedirlər. Görüntülər Ukrayna dairəsinin yaxınlığında Neapol küçəsi ilə Nəsirəddin Tusi küçəsinin kəsişməsindəndir.

Sürücülərdən biri isə qoşa xəttin tələbini pozub keçsə də ona yaxınlaşanda bunu etdiyini inkar etməyə başladı.

Ərazidə fəaliyyət göstərən marşrut avtobuslarından birinin sürücüsü isə 80-ci ildən bu yana avtobusların həmişə o yolla hərəkət etdiyini və buna görə heç vaxt cərimələnmədiklərini deyir.

Avtobuslardan birinin dispetçeri də bildirdi ki, onların hərəkət qrafikində həmin yerdə qoşa xəttindən üzərindən keçib getmək göstərilib.

Maraqlısı budur ki, ərazidə təhlükəsiz şəhər kamerası da fəaliyyət göstərir. Və həmin ərazidən dönən avtobusların hamısı əslində videom müşahidə ilə cərimə olunmalıdır. Ancaq sürücülər belə bir hadisənin baş vermədiyini deyirlər. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, həmin ərazidə lazımı araşdırma aparılacaq və marşrut xətti həmin ərazidən keçməlidirsə ərazidə əlavə nişanlar qoyula bilər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024