Mobil versiya
“Məşqçini öldürməlidilər?”
Tarix: 18-02-2017 | Saat: 23:20
Bölmə:İdman | çapa göndər

“Məşqçini öldürməlidilər?”






"Maraqlı oyun keçdi. Həm rəqibin, həm də bizim qalib gəlmək şansımız var idi. Məncə, bizim fürsətlərimiz daha real idi. Əsas odu komanda oyun oynadı".
AİA.Az apasport.az-a istinadən xəbər verir ki,bu sözləti "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.

Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə "Neftçi" ilə qarşılaşan gəncəlilər oyundan 0:0 hesablı bərabərliklə ayrılıblar.

Matç başa çatdıqdan sonra çalışdırıcı oyun haqqında fikirlərini bölüşüb: "Bu gün heyətdə rotasiya etmək çox çətindi. Ancaq komanda vuruşdu. Mənə elə gəlir ki, hər iki komanda xala layiq idi. Meydanda derbiyə layiq oyun izlədik. Daha da yaxşı olacaq. Bundan öncə "İnter", "Zirə", "Sumqayıt"la oyunlara 3 xal üçün çıxmışdıq. Bundan sonra 7 ev oyunumuz var. Məncə, hələ heç nə itirməmişik. Avrokuboklara vəsiqə şansımızı davam etdiririk".

- Qış fasiləsindən sonra komandanın belə oyun sərgiləməsinə nə mane olurdu?

- "İnter"lə oyunun ilk hissəsindən sonra komanda psixoloji cəhətdən sındı. Bizə təzyiqlər də çox olur. Azarkeşləri də qınamaq olmaz. Ancaq inanın mənə, komanda daxilində heç bir təxribat yoxdu. Baxın, "Lester" keçən ilin çempionudu, ancaq indi aşağı pillələrdə qərarlaşıb. Buna görə məşqçini öldürməlidlər? Bu gün komanda boyundan yuxarı tullandı. Hamıya hörmətim var, ancaq bilməlidilər ki komanda daxilində heç bir gərginlik yoxdu.

- Komanda ikinci hissədə fiziki cəhətdən daha yaxşı oynadı...

- Futbolda psixoloji hazırlıq böyük əhəmiyyət daşıyır. Belə deyək, psixoloji hazırlıq nəticədə 11 faiz rol oynayır. Əvvəlki oyunlarda psixoloji cəhətdən məhz bu 11 faiz çatışmadı.

- Simaitisin ehtiaytda oturması cəza məqsədilə idi?

- Yox, belə şeyə qarşıyam. Futbolda reallıqlar var. Tadas pis qapıçı deyil. Sadəcə, Davud Kərimi "Qarabağ"la oyunda yaxşı təsir bağışlamışdı. O ki qaldı Serjinyoya, bu oyunda ondan çox digər oyunçulara ehtiyacım var idi. O, hücumameyilli oyunçudu, ona görə ikinci hissədə meydana buraxdım.

- Tural Axundovun mərkəzdə oynaması Vüqar Bəybalayevin oyunundan narazı qalmağınızla bağlıdı?

- Bəybalayev yarı dağıdıcı, yarı yaradıcı oyunçudu. Buna görə bu gün daha müdafiəmeyilli olan Turala mərkəzdə şans verdim

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024