Mobil versiya
Elmar Məmmədyarov Münxendə rumıniyalı həmkarı ilə görüşdü
Tarix: 18-02-2017 | Saat: 17:16
Bölmə:Siyasət / Manşet | çapa göndər

Elmar Məmmədyarov Münxendə rumıniyalı həmkarı ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Rumıniyanın xarici işlər naziri Teodor-Viorel Meleskanu ilə görüşüb.

Azərbaycan XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri müzakirə olundu. İki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulandı.

Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarovbu layihələrin Rumıniya üçün faydalı ola biləcəyini söylədi.

Daha sonra nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024