Mobil versiya
Əhalinin sayı, boşananlar, evlənənlər - Ötən ilin statistikası
Tarix: 17-02-2017 | Saat: 16:59
Bölmə:Gündəm / Karusel | çapa göndər

Əhalinin sayı, boşananlar, evlənənlər - Ötən ilin statistikası

Keçən il Azərbaycanda 66,8 min nikah və 13,1 min boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu statistika Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən aparılıb. Hesabata əsasən, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

Bundan başqa, keçən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3,2 min nəfər gələn və 1,7 min nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib.

Ötən il əhalinin sayı 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9810,0 min nəfərə çatıb. Əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 2017-ci il yanvarın 1-i vəziyyətinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,9 faizi Bakı şəhərində, 20,2 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,3 faizi Lənkəran, 30,1 faizi isə digər iqtisadi rayonlarda yaşayır.

Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 82, Bakı şəhərində 1049, Abşeron və Lənkəran iqtisadi rayonlarının hər birində 151, Gəncə-Qazax iqtisadi rayonunda isə 103 nəfər olub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024