Mobil versiya
Generalın adam bıçaqlayan oğlu məhkəməyə verildi
Tarix: 23-09-2015 | Saat: 12:55
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


İddiaya məhkəmədə baxılır.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəməyə verilib.

Aia.az xəbər verir ki, “Report”un məlumatına görə, Vaqif Teymurov adlı şəxs T.Əsədullayevlə yanaşı, “Azərkabel” ASC, “Azkabel” MMC, Mingəçevir şəhəri 2 saylı notariat kontorunun notariusu Nidayət Rzayevə qarşı da iddia qaldırıb.

Alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, T.Əsədullayevin oğlu mətbuatın gündəminə Bakıdakı “Senator” restoranında törətdiyi hadisə ilə gəlib. Dünən axşamdan isə ölkə KİV-lərində və sosial şəbəkələrdə T.Əsədullayevin restoranda törətdiyi hadisənin görüntüləri yayılıb.

Xatırladaq ki, restoranda baş verən hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. T.Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. T.Əsədullayev məhkəmə zalından sərbəst buraxılıb. Tamerlan Əsədullayev barəsində 3 il şərti cəza təyin olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024