Mobil versiya
Avtomobildə külli miqdarda siqaret aşkar edilib
Tarix: 17-02-2017 | Saat: 11:02
Bölmə:Cəmiyyət | çapa göndər

Avtomobildə külli miqdarda siqaret aşkar edilib

Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən fevralın 16-da əməliyyat tədbirləri keçirilib.
Əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşı Əliyev Şahin Razim oğlunun idarə etdiyi "VAZ 21074” markalı, "90 LP 367” dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı külli miqdarda aksiz markasız xarici markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024