Mobil versiya
Putin telekanallara Trampın tərifinə son qoymaq göstərişi verdi
Tarix: 17-02-2017 | Saat: 10:25
Bölmə:Gündəm | çapa göndər

Putin telekanallara Trampın tərifinə son qoymaq göstərişi verdi







Rusiya prezidenti Vladimir Putin ölkəsinin dövlət telekanallarına amerikalı həmkarı Donald Trampla bağlı göstəriş verib.

«Bloomberg»in üç ayrı mənbədən əldə etdiyi məlumata görə, kanallara Trampın fəaliyyətinə dair müsbət xarakterli xəbərlərin işıqlandırılmasını məhdudlaşdırmaq tapşırılıb.

Müəllif yazır ki, bu, Rusiyanın Trampla bağlı gözləntilərinin özünü doğrultmaması ilə bağlıdır: «Kreml ehtiyat edir ki, ABŞ Rusiyaya qarşı münasibətdə ilk vaxtlar gözlənildiyindən daha pis davranacaq».

Putinin yeni göstərişi barədə Almaniyanın «Deutsche Welle» nəşri də yazıb.

Rusiya dövlət kanallarından birinin əməkdaşı alman həmkarına xəbər verib ki, redaksiya rəhbərliyi göstərişi fevralın 15-də onlara elan edib.

Rəhbərlik Kremlin adını çəkməsə də, əməkdaşlar sifarişin məhz oradan gəldiyinə əmindilər.

«Təlimat qısaca olaraq bundan ibarətdir – Tramp artıq yoxdur», deyə «Deutsche Welle» bildirir.
Putinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirərək xəbəri uydurma adlandırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024